Azərbaycanda sutka ərzində koronavirus statistikası açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 508 yeni yoluxma faktı qeydə alınıb, 4 076 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 455 044 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 401 300 nəfər müalicə olunaraq sağalıb, 6 031 nəfər vəfat edib, aktiv xəstə sayı 47 713 nəfərdir.

Ötən gün yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 672, ötən müddət ərzində isə ümumilikdə 4 623 245 test aparılıb.

Son sutkada koronavirus (COVID-19) əleyhinə 62584 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23160, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39424 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 493 034, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 465 644, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 027 390 təşkil edir.