Şeyxülislam Allahşükür Paşazadə İtaliyaya səfərə yola düşür

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadə İtaliya Republikasının G20-də sədrliyi çərçivəsində həmin ölkənin milli təşkilat komitəsi sədrinin dəvətinə əsasən 12-14 sentyabr 2021-ci il tarixlərində Bolonya şəhərində keçiriləcək “G20 8-ci Dinlərarsı Forum”da iştirak etmək məqsədilə İtaliyaya səfər edəcəkdir.
“Mədəniyyətlər arasında sülh, dinlər arasında anlaşma” şüarı altında keçiriləcək Forumda dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçılarının, dini liderlərinin, xarici işlər, təhsil, mədəniyyət və dini işlər nazirlərinin, beynəlxalq təşkilat rəhbərlərinin, görkəmli alim və ictimai xadimlərinin iştirakı planlaşdırılır.
8-ci Dinlərarsı Forumda COVİD-19 və iqlim dəyişikliyi, qaçqın, məcburi köçkün və miqrantlara lazımi dəstəyin göstərilməsi, din və etiqad azadlığının, qadın və uşaq hüquqlarının qorunması, iqrçilik, terrorizm, insan alveri, nifrət çağırışları ilə mübarizə və s. bu kimi müasir dünyaya qlobal təhlükə və təhdid yaradan problemlər müzakirə ediləcəkdir.
Forumda Azərbaycanın dini konfessiya rəhbərlərinin təmsil olunduğu nümayəndə heyətinin rəhbəri qismində Şeyxülislam A.Paşazadənin məruzə ilə çıxışı nəzərdə tutulmuşdur.
 
QMİ-nin Mətbuat xidməti.