Açıq havada maska yenidən məcburi olacaq? - Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi (DİN) növbəti həftələrdə açıq havada maskanın məcburi olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İlkxeber.org-un məlumatına görə, DİN-in Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

O, hələlik Nazirlər Kabineti yanında Operativ Qərargahın belə bir qərarının olmadığını deyib.

Qeyd edək ki, bəzi sosial media platformalarında növbəti həftələrdən açıq havada maskanın məcburi olması ilə bağlı məlumatlar yayılıb.