Qardaş Türkiyənin yanındayıq! - FOTOLAR

Qardaş Türkiyədə baş verən meşə yanğınları Azərbaycan vətəndaşlarının da kədərinə səbəb olub.

İlkxeber.org  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. 

Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğluna başsağlığı məktubu göndərib.

Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək.

Azərbaycam mediası da qardaş Türkiyədə baş verən fəlakətli hadisəni diqqət mərkəzində saxlayır.

Avropa.info saytının kollektivi Türkiyədə baş verən faciə ilə bağlı qardaş ölkənin kədərinə şərik olduğunu bildirir, yanğınar zamanı həyatını itirən insanlara Allahdan rəhmət diləyir.