Ərdoğan Baydenlə görüşdən sonra sualları cavablandırıb: Brüsseldən mesajlar VİDEO

Belçikanın paytaxtı Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Bayden arasında görüş keçirilib.

Musavat.com-un məlumatına görə, görüş NATO-ya üzv ölkələrin liderlərin zirvə toplantısı çərçivəsində baş tutub. Təxminən 45 dəqiqə davam edən təkbətək görüş başa çatdıqdan sonra heyətlərarası görüş başlayıb. 

***

Musavat.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ başqanı Co Baydenlə təkbətək və heyətlərarası görüşdən sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

Mətbuat konfransının sonunda iştirakçılarla sağollaşan Türkiyə prezidenti Azərbaycana səfər edəcəyini deyib: "Buradan Azərbaycana yolçuluq var!"

Musavat.com Ərdoğanın mətbuat konfransını təqdim edir: