Ərdoğan Azərbaycana yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Zirvə görüşündən dərhal sonra Azərbaycana yola düşüb.

Axar.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Ərdoğanla birlikdə həyat yoldaşı Əminə Ərdoğan, milli müdafiə naziri Hulusi Akar, Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, Prezidentin müşaviri İbrahim Qalın, AKP sözçüsü Ömər Çelik, AKP millət vəkili Osman Aşkın Bak da səfərdə yer alıb.