Ərdoğanla Baydenin görüşü başa çatdı - Video

NATO üzvü ölkələrinin dövlət və hökumət başçılarının Brüsseldəki Zirvə toplantısı start götürüb.

İlkxeber.org xəbər verir ki, toplantı ərəfəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında ayaqüstü görüş baş tutub.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında təkbətək görüş başlayıb.

Brüsseldə keçirilən görüş NATO-ya üzv ölkələrin liderlərinin zirvə toplantısı çərçivəsində keçirilir.

***

Ərdoğanla Baydenin təkbətək görüşü 45 dəqiqə davam edib.

Hazırda görüş hər iki tərəfin nümayəndələrinin iştirakı ilə davam etdirilir.

***

Bayden və Ərdoğanın rəhbərliyi altında keçirilən heyətlərarası görüş də yekunlaşıb. Bu görüşün isə 40 dəqiqə davam etdiyi vurğulanıb.