Ərdoğanın səfəri münasibətilə Milli Məclisin xüsusi iclası keçiriləcək

İyunun 16-da Milli Məclisin növbədənkənar sessiyasının xüsusi iclası keçiriləcək.

Bu barədə ""Report"a parlamentdəki mənbəsi  məlumat verib.

Bildirilib ki, xüsusi iclasda Azərbaycanda rəsmi səfərdə olacaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edəcək.