Ərdoğan Bakıya gələcəyini açıqladı - "Türkiyənin oyununu qardaşım İlham Əliyev ilə birlikdə izləyəcəyik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün AKP-nin qrup toplantısında çıxış edib. Türkiyə Prezidenti son illər ölkədə keçirilən seçkiləri və referendumu yada salaraq müxalifətin erkən seçki tələblərinin əsassız olduğunu söyləyib.

Seçkilər 2023-cü ildə keçiriləcək. Prezident HDP-nin bağlanması barədə prokurorluğun iddia qaldırılmasına müxalifətin təpkisini də tənqid edib. Ərdoğan deyib ki, AKP son 19 ildə ölkənin iqtisadi inkişafına, güclənməsinə, çoxpartiyalı sistemin davamlı olmasına nail olub. Ərdoğan vurğulayıb ki, Türkiyəyə qarşı olan erməni lobbisinə, FETÖ terror təşkilatına və PKK dəstəkçilərinə indi də suç örgütləri mənsubları da qoşulub. Ərdoğana görə, AKP iqtidarı istənilən problemi millətətlə müzakirə etməyə hazırdırlar, bunları suç örgütlərini alət etməklə gündəmə gətirmyə qarşıdırlar. Prezident deyib ki, bu anti-Türkiyə güclərinin ölkənin zəiflətməsinə imkan verməyəcəklər.

Pandemiyaya qarşı mübarizəni Türkiyənin səhiyyə sisteminə "qızıl hərflərlə" yazıldığını deyən Prezident müdafiə-sənayesi sahəsində də, yerli avtomobil istehsalında da ciddi uğurlar qazanmaqda davam etdiyini söyləyib. 

İdmanda da Türkiyənin uğurlar qazandığını söyləyib, AVRO-2020 Türkiyənin uğur qazanacağına inandığını və Bakıda milli komandanın oyunun Azərbaycan Prezidenti İlham Əliyevlə birgə izıəyəcəyini deyib: "Azərbaycanda keçiriləcək ikinci oyunu qardaşım İlham Əliyev ilə birlikdə izləməyə gedəcəyəm".