Putin Köçəryana zəng etdi

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın sabiq dövlət başçısı Robert Köçəryan arasında yenidən telefon danışığı olub. Bu barədə erməni KİV-ləri Moskvadakı mənbəyə istinadla məlumat yayıb. Söhbət bir neçə gün əvvəl, may ayında, Robert Köçəryan Rusiyada işgüzar səfərdə olarkən baş tutub. Köçəryanın ofisinin rəhbəri Viktor Soqomonyan məlumatı təsdiqləyib:

“Doğrudan da, uzun müddət davam edən telefon danışığı oldu, həmsöhbətlər bir sıra məsələləri, xüsusən də bölgədəki vəziyyəti və Ermənistan-Rusiya münasibətlərini müzakirə etdilər".

Bu, cari ildə Rusiya prezidenti ilə Ermənistanın ikinci rəhbəri arasında baş tutan üçüncü telefon danışığıdır. Bundan əvvəlki telefon danışığı aprel ayında baş tutub.