Bakının gedişi: Sərhəddə gərginliyin 3 vacib detalı - Video

2021.05.21, 22:47

Sərhəddə gərginlik, ardınca demarkasiya ilə bağlı yeni sənədin qəbul edilməsi məsələsinin gündəmə gəlməsinin Azərbaycanın maraqları baxımından üç vacib detalı var.

Birincisi: Qarabağ məsələsi gündəmdən çıxarıldı və gərginlik Xankəndidən sərhədə köçürüldü;

İkincisi: Sərhəd məsələsinin Minsk qrupu həmsədrlərinin münaqişəni yenidən diriltmək istəkləri ərəfəsində gündəmə gəlməsi təsadüfi deyildi və bu cəhdlər arxa plana keçirildi;

Üçüncüsü və ən vacibi: sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı sənədin imzalanması ilə Azərbaycan və Ermənistan bir-birinin dövlət sərhədini tanıyacaq.

Beləliklə, yeni sənədin imzalanmasından sonra Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi rəsmən tanımış olacaq, Qarabağdakı erməni qoşunları da çıxarılacaq.

Proseslərdə bütün tərəflərin öz maraqları, öz oyunları var, amma oyunu quranlardan biri də Bakıdır.