Tanınmış jurnalistdən işğaldan azad olunmuş ərazilərlə bağlı TƏKLİF – Nazir Avropa.info-nun təşəbbüsünü dəstəklədi

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Zığ şossesinin kənarında, jurnalistlər tərəfindən salınmış “Yaşıl qələm” bağına media tur təşkil olunub.

Avropa.info xəbər verir ki, tədbirdə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də iştirak edib.

Avropa.info xəbər portalının redaktoru Rəsul Mirhəşimli Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə Qarabağın işğaldan azad olunmuş rayonlarının birində Jurnalistlər bağının salınması təklifini verib.

Nazir qeyd edib ki, işğaldan azad olunmuş rayonlar media nümayəndələri ilə səfərlər zamanı Zəngilanda və rayonun Ağalı kəndində ağaclar əkilib.

"Bu təşəbbüsü də qiymətləndirmək mümkündür. Həmin rayonların birində ayrıca Jurnalistlər bağının salınması gözəl təşəbbüsdür. Ağac əkimi mövsümü zamanı, senytabr ayında həmin rayonların birində bu ideyanı gerçəkləşdimək olar", -deyə nazir qeyd edib. 

Qeyd edək ki, Zığ şossesinin kənarında 2019-cu ildə Azər Qismətin təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Yaşil Qələm” - “Jurnalistlər bağı”  salınıb. Həmin bağda 650-dən artıq meyvə ağacı əkilib. Həmin ağaclar bu il bar verib.