Şuşada TÜRKSOY və Türk Şurasının ofisləri, Türkiyə Baş Konsulluğunun açılması vacibdir – Aygün Attar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncam Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə imzalanıb.

İlkxeber.org bildirir ki, bununla bağlı Türkiyə Prezident Adminstrasiyası Xarici Siyasət və Təhlükəsizlik Şurasının üzvü,Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attar “Sabah” qəzetinə özəl açıqlama verib.

Açıqlamada bildirilir:

“Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Şuşa nəslimin ata yurdudur... İbrahim xandan bu günə gələn cəddimin məmləkətidir. Böyük babam Ağamirovların sevimli oğlu Seyid Həsən ağanın, babam Əlövsət ağanın məzarının olduğu şəhərdir... Əsalətin, nəzakətin, musiqinin, sənətin şəhəridir.
Qafqazın Parisi, Azərbaycanın təbii konservatoriyası, milli mədəniyyətimizin dəyəri biçilə bilinməyən tacı 8 may 1992-ci ildə terrorçu ermənilər tərəfindən işğal edilmişdi. Mən də Şuşanın işğalından sonra ürək tutuması keçirərək vəfat edən anamın qardaş kimi sevdiyi əmim üçün ağı deyilməsinə şahid olmuşdum. 

Paşinyanın sərxoş halda Cıdır düzündə rəqs etdiyi görüntüləri izləyərə qəhr olmuşdum. Gün gəldi çatdı... Qarabağdan ayaqyalın sürgün edilənlərin, öldürülənlərin övladları müzəffər Ali Baş Komandanın ətrafında tək ürək olaraq toplandırlar və Paşinyanın rəqs görüntülərini izləyərkən sıxılmış yumruq işğalçı ermənilərin başına “dəmir yumruq” olaraq endi.

ŞUŞA - Əziz Şəhər, Əziz Qala, Əziz Xatirə

Qoynuna girməyə qalmışdır bir az,
Könül fərəhlənib eylədi pərvaz.
Ölməyib görəydim seyrini hər yaz... 

Böyük şair Səməd Vurğunun şah əsər kimi dilə gətirdiyi kimi, Şuşa hicran, vüsal, həsrət, eşq, sevdadır... Şuşa mərdlik, igidlik, halallıqdır. Şuşa şəhidlər yurdu, qazilər otağı, qəhrəmanlar ocağıdır. Şuşa tarixi boyunca həm cənnəti, həm cəhənnəmi dadmış, talehi kimi zaman bəxtinə güldüyü, bəzən ağılar dedirdən bir bölgədir. Şuşa həm Qarabağ, həm Azərbaycandır... Şuşa Qarabağ xanlığının qurucusu Pənahəli xanın özünə paytaxt etdiyi, adına Pənahabad dediyi tarixi bir şəhərdir. Qarabağ xanı Pənahəli xan tərəfindən 18-ci yüzilin ikinci yarısında Şuşa qalasının inşa edilməsi ilə önəmli bir Türk yurdu ünvanını alan Şuşa ticarət və karvan yolları üzərində olması səbəbi ilə bir çox fərqli mədəniyyətin də təqib etdiyi yer olmuşdur. 

Şuşa deyib keçməmək lazımdır. Neçə min illəri sinəsində toplamış, neçə mədəniyyətlərə ev sahibliyi etmiş, onlar nəfəs olmuş bir yerdir. Saklar, Hunlar, Qərbi romalılar, Xəzərlər, Səlcuqlular, Moğollar və Əmir Teymur imperiyası kimi bir çox mədəniyyətləri bağrında qonaq etmişdir. Daha sonra Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Osmanlı dövlətlərinin hakimiyyəti ilə Türk-İslam ətri qoxuyan milli mədəniyyət hakim olmuşdur. 

Bu şəhər, eyni zamanda ermənilərin "Türksüz Ermənistan" idealini gerçəkləşdirmək üçün əldə edilmək istədikləri strateji bir yer, “Qarabağın Qüdsü” deyilərək, qəsb edilmək istənilən bölgədir.

Bu mənada Birinci Qarabağ müharibəsi və ondan sonra günümüzə qədər ermənilər tərəfindən üç məqsəd seçildi.

Birincisi, Şuşa etdikləri hücumlarla yerli Azərbaycan əhalisini yerindən-yurdundan edərək, coğrafi təmizlik etməkdir. 

İkincisi, qorxutmaq, köç etməyə məcbur etmək kimi zorakılıq metodları işə yaramırsa, hücumlar, qətliamlar və hər cür təxribatlarla bölgədə yaşayan Azərbaycan Türklərinə qarşı etnik təmizlik həyat keçirməkdir.

Üçüncüsü isə dağıtdıqları və yandırdıqları ibadətxanaların, imarətlərin, təhsil binalarının, tarixi və mədəni əsərlərin izlərini yox edərək, nəhayət, burada Türklərin deyil, ermənilərin yaşadığı təbliğatını aparmaqdır. 

Tanrı şahid, tarix şahid, məzar daşları, min illik abidələr, şəhid qanları ilə suvarılaraq böyümük otlar, çiçəklər, ağaclar şahiddir ki, bu qədim torpaqlar Türkdən başqasına yar olmamış, ona yurd olmamışdır. Bunun üçün də şair Səməd Vurğun deyir ki:

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma Vətənimsən,
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Bir mədəniyyət və turizm şəhəridir Şuşa və sadəcə Şuşada yaşayan xalq üçün deyil, mərhum prezident Heydər Əliyevin ifadə etdiyi kimi desək, bütün azərbaycanlılar üçün əziz şəhər, əziz qala, əziz xatirədir.

Azərbaycanlı şair və dövlət xadimi Xan qızı Xurşudbanu Natəvan (1830-1897), azərbaycanlı bəstəkar və musiqişünas Üzeyir Hacıbəyli (1885-1948), İttihad və Tərəqqi üzvü olub öncə sovet işğalına qədər Azərbaycan parlamentində, sonra da Türkiyə Cümhuriyyətində jurnalistlik və siyasi fəaliyyətini davam etdirən millət vəkili olmuş Əhməd bəy Ağaoğlu Şuşada doğulmuş tanınmış şəxsiyyətlərdir. 

Azərbaycanın Qarabağ bölgəsi, xüsusilə Şuşa şəhəri musiqi fəaliyyətlərinin mərkəzi sayılmış, Azərbaycan musiqisinin tanınmış simalarının çoxu Qarabağda yetişmişdir. Deyirlər ki, Şuşa Azərbaycanın sənət və sənətkar fabrikidir. Azərbaycanda ilk dəfət teatr, şeir və konsertlərə ev sahibliyi etdiyi üçün Şərqin Konservatoriyası, Avropanın İtaliyası, Azərbaycan musiqisinin beşiyi olaraq adlandırılır.

Polad Bülbüloğlunun atası Murtuza Məmmədov, Üzeyir Hacıbəyli, Seyid Əhməd Qarabaği, Rəşid Behbudov kimi məşhur azərbaycanlı musiqiçilərin vətənidir.

Şuşa Xurşudbanu Natəvan, Qasım bəy Zakir, Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov kimi məşhur yazıçı və mütəfəkkirlər də Şuşada yetişmiş sənətkarlar olaraq tarixə düşmüşlər. 

Şuşadakı memarlıq abidələri Azərbaycanın yüzlərlə illik tarixinin, mədəniyyətinin, ənənəsinin göstəricisidir. Şuşanın ən tanınmış məscidləri arasında Yuxarı Gövhər ağa məscidi və Aşağı Gövhər ağa məscidi də burdadır. Bu səbəbdən Qəhrəman Mirsiyab ağa karvansarayı kimi bir çox karvansaraylar burada yer almaqdadır. 

Beləliklər, bir qədim özəlliklərə sahib Şuşanın otuz illik bir erməni işğalından azad edilməsi, Ermənistanın məğlubiyyəti, dinməyən ürək sızıltıltılarımızın sevincə dönməsi, şəhid və qazilərimizin bizə haqqını halal etməsidir. Torpaqlarından qoparılan rəhmət yağmuru kimi yurduna axmasıdır. 

Azərbyacan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, “Bu gün, 8 noyabr 2020-ci ildə Azərbaycan bayrağı Şuşada dalğalanır. 28 il sonar Şuşada azan səsi eşidiləcək” sözləri savaşın gedişatını, ordunun zəfərinin elanı olmuşdur. 

Yaşasın 8 may 1992-ci ildə bağrımızdan qoparılan Şuşanın 28-ci işğal ildönümünü bizə zəfər olaraq yaşadan və 7 may 2021-ci ildə imzaladığı sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edən Ali Baş Komandan İlham Əliyev və şanlı Azərbaycan Ordusu.

Türkiyə Prezidenti Ərdoğanın gözlənin Şuşa səfəri öncəsində Qarabağ zəfərini şərəfləndirən gözəl Şuşanın zatən yüz illərdir sürdürdüyü mədəniyyət paytaxtı ünvanı ilə rəsmiləşdirilməsi təkcə Azərbaycan deyil, Türk Dünyası baxımından çox önəmli tarixi qərar olmuşdur. 

Şuşada TÜRKSOY və Türk Şurasının şöbələri və Türkiyə Baş Konsulluğunun açılması vacibdir. 

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu olaraq Şuşada Mədəniyyət Evimizin açılması üçün görüşlərə başladıq. Hər il ələmə bürünərək, dünyanın başımıza yıxıldığı 8 may gününü beləcə sevincli yaşadığımız üçün şükürlər olun.

Gözümüz aydın, yolumuz açıq olsun!

P.S. Söyləmədən dura bilməyəcəm: “Şuşada parlament binası tikirdin, nə oldu, Paşinyan?””

Qeyd edək ki, Qarabağın incisi adlandırılan Şuşa Ermənistan tərəfindən 1992-ci ilin mayın 8-də işğal edilmişdi. Azərbaycan Ordusu isə ötən ilin 8 noyabrında Şuşa şəhərini Ermənistanın işğalından azad edib. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın işğalından azad  edilən Qarabağın incisi sayılan Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edəcəyini bəyan etmişdi.