Arif Quliyevin dəfn olunacağı yer açıqlandı - Foto

Müalicə olunduğu xəstəxanada vəfat edən Azərbaycanın xalq artisti Arif Quliyevin nəşi ailəsinə təhvil verilib.

Axar.az xəbər verir ki, mərhumun cənazəsi yaşadığı evə gətirilib.

Hazırda evin həyətində A.Quliyevlə vida mərasimi keçirilir.

Mərhumun cənazəsi bu gün "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, xalq artisti koronavirusa yoluxmuşdu. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi süni tənəffüs aparatına qoşulmuşdu.