Nəsimi Nəbizadə həbs edilib? – DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi Əməkdar jurnalist Nəsimi Nəbizadənin narkotik maddə satmaqda şübhəli bilinərək həbs edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuata açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib.