Fikrət Qocanın dəfn olunacağı yer açıqlandı

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca vəfat edib.

Kult.az xəbər verir ki, 85 yaşlı xalq şairi bu gün səhər saatlarında evində dünyasını dəyişib.

Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza onun Birinci Fəxri Xiyabanda dəfn olunacağını bildirib.

Xalq şairinin nəşi təxminən 15:00-da götürüləcək.

Allah rəhmət eləsin!