Tarixdə qalan Oğul! və yaxud Hər bir xalqın qüdrətini şərtləndirən zənginlik amili

Aydın Canıyev

Milli-azadlıq hərəkatı başlayanda “Azadlıq” qəzetində belə bir məlumat oxudum (təxmini yadımda qaldığı kimi yazıram): Milli-azadlıq hərəkatı başlayanda “Azadlıq” qəzetində belə bir məlumat oxudum (təxmini yadımda qaldığı kimi yazıram): “Şəkərdə şəkərlilik faizi 17-18-dir”… - indi ölkədə insanların bir-birinə münasibətində "şəkərlilik faizi" o qədərdir! Millət "şəkər xəstəliy"inə tutulub!

Həm də meydan liderləri – “azadlıq aşiqləri” hap-gopla guruldayırdılar: “biz öz sərvətlərimizin sahibi olsaq, asfaltmız neçə santimetrsə qızıldan olacaq”

Dədəmin goruna and olsun, indiki ağlımla yox, elə ovaxtkı ağlımla gülürdüm: ölkəyə, xalqa xilaskarlıq istəyən (hələ gətirib-gətirməyəcəkləri bəlli deyildi, sonradan da məlum oldu ki, bunlar elə söydüyü rejimin generalını xilaskar bilirlərmiş, sadəcə, imperiya qulu yox, öz diktatorlarının qulu olmaq istəyirlərmiş!) “cəmaət” hələ də bilmir ki, hər bir xalqın qüdrəti onun yeraltı-yerüstü maddi sərvətlərində yox, intellektində və bəşəri ola bilən, tarix yaradan, tarixdə qalan oğul-qızlarındadır! Düzdür şeirdən-"bayema"dan yazanda “Ulu babam,” “Ulu Nənəm” ritorikası sərgilənirdi, amma and da içə bilərəm ki, bu, digər xalqlarla müqayisədə şovinistlik “dudka”sına-“tırka”sına getməkdən o yana olmayıb – bunlarda o ağıl nə gəzir?

Yapon xalqının nə sərvəti var (idi) ki, yeraltı-yerüstü?

Alman xalqının nə sərvəti var (idi) ki?

Amerikada nə sərvət var (idi) ki, irland-italyan-ispan-portuqal-fransız-ingilis kolonialistlər üçün?

Kuk vardı, Kolumb vardı, Magellan vardı, Vespuççi vardı, Didro vardı, Russo vardı, Şekspir vardı, Stendal vardı, Bismark vardı, Napoleon vardı, Şir Ürəkli Riçard vardı, Çörçill vardı, Şarl dö Qoll vardı, Hitler vardı, Göbbels vardı, Mussolini vardı…

Bizdə… bizdə Şah İsmayıl Xətai olub, hələ də anasını talışlarla yunanlar arasında bölüşə bilmirik, Nadir şah olub, bilmirlər afşar saxlasınlar, yoxsa kolanı, Mircəfər Bağırov olub, gah seyid, gah terrorist, gah müsavatçı, gah Mirqəzzəb qayırırlar, Heydər Əliyevi gördük – erməni çıxarmaqla bərabər zorla kürd çıxarmaq tendensiyası səngimir, Əbülfəz Elçibəyi gördük – “agent”, “kürd”, “erməniqanlı” yarlıqlarını yapışdırhayapışdırdır e…

Dünyayla birgə hamının düz-əməlli etiraf elədiyi Məmməd Əmin Rəsulzadə idi, “Azərbaycan! Azərbaycan! Azərbaycan” deyə-deyə vətəndən kənarda canını tapşırdı, ingilisin belə hüzurunda ayağa durduğu Xudu Məmmədov idi – ürəyini partlatdılar, Yaponiyanın özündə belə Azərbaycana bərabər tutulan Rafiq Əliyevi müəllimlikdən çıxartdılar, saxladılar bizi Əli Kərimli ilə Rauf Arifoğlunun ümidinə günün bu günündə!

Nə Putinin qabağına çıxanımız var, nə İlon Maskın, nə Rupert Merdokun!

Bir dənə Kəmaləddin Heydərov var, kimə istəyir, ona holdinq açır, bir dənə də Əli Həsənovumuz vardı, 20 il adamların üstünə it kimi qısqırtdı hamını şər-böhtanla, öz üstünə bircə dəfə gəldilər, Xalxal dilənçiləri kimi “imkan verim öz dərdimi çəkim” sədəqəsində bulundu!

Yenə də müstəqillik dönəminin qazandırdığı “intellektual sərvətlər”in hamısından sovet dönəminin “kaqebe” generalı kişi çıxdı!

Fasciə o deyil ki, elə həmin kişi çıxan Heydər Əliyevin qurduğu sistem nə qədər şərəfsiz və ləyaqətsizi meydana çıxardı, faciə odur ki, durduq yerdə nə qədər adam şərəfsizlik və ləyaqətsizlik növbəsinə durdu! Pulsuz-parasız, təmənnasız, eləcə təki oğraşlıq eləsin! Çünki eşitmişdilər: Azərbaycanını maddi sərvətləri o qədərdir ki, asfaltı neçə santimetrsə qızıl ola bilər! Deməli asfalt qızıldan deyilsə neçə santimetrsə, o sərvət bəlli bir komandadadır – o komandaya girmək lazımdır: hardan oldu, necə oldu, fərq etməz!!! Təki girsinlər!!!

Azərbaycanın yüzillik maddi sərvətlərinin gəlirini Amerikanın təkcə onillik hərbi büdcəsi qarşılayır artıqlamasıyla!

Azərbaycanın ərazi “qüdrətini” Amerikanın, Rusiyanın ən kiçik bir vilayəti içində əridir!

Amma dünya – yapon, amerikan, ingilis, alman… 10 yaşında Azərbaycanı tərk etmiş azəri cocuğu Lütfi Zadənin töhfələriylə o gücə yetinib!

Amma almanlar külli-Avropa, əsir Afrika ilə Rusiyanın üstünə gələndə, Rusiya naxçıvanlı cocuğu Yusif Məmmədəliyevin yüksək oktanlı aviabenzini, bakılı balası Kərim Kərimovun “katyuşa”ları ilə qalib oldu!

İndi naxçıvanlı cocuqları bakılı qədeşləri "tin uşaqları" çağırıb lağa qoyur!

Bax, söhbət budur: özümüzü dışlamaq! Özümüzü rusa, ingilisə satmaq!

Bakı hələ rusca danışmayana “çuşkarik” deməyin ayıbına kor olmayıb, indi də dil biləni “boy-friend – boy-göl” ekstazını sərgiləyir, dil bilməyəni, dilbilməzi İranın-Əfqanıstanın narkotikindən kayf alır!

Amma biz – mənim yaşıdlarım və aşağı-yuxarı müasirlərimiz uzun müddət Qorxmaz İbrahimli kimi oğullardan zövq alırdıq, onunla dostluqdan nəşələnirdik, onun dilini bilməkdən, onun diliylə danışmaqdan zövq alırdıq!

Və bu gün bu yazı da onçun yazılır ki, O… bizi bundan məhrum etmədi! İstisnasız, bütün cameəsi bütün ümidlərimizi puça çıxartdı!

Vaxtsız vəfat edən ləyaqətlilərin ruhu şad olsun!

Əslində, bu bir cümlədən artıq və müqəddəs nəsə demək çox çətindir: satılmayan, ləyaqətli, aldatmayan, şərəfli, kiməsə yox e, Azərbaycana, özünə - özü olan Azərbaycana sadiq Qorxmaz İbrahimli haqqında hər bir cümlə Azərbaycan boyda doğulur! Bir var yadda qalmaq, bir də var tarixdə qalmaq! Azərbaycan milli azadlıq hərəkatının tarixdə qalacaq bir oğludur Qorxmaz İbrahimli! Öz eqosuna, öz şöhrətinə, öz özgüvən kompleksinə görə heç bir silahdaşını, dostunu, soydaşını qurban verməyən, qurban verilməsində də, aldadılmasında da əli olmayan, riyakarlığa dəstək olmayan, bunu edənlərin kimlərin paçasında olduğunu bilib də otağına girib üzünə deyən, üzünə tüpürən və çıxıb sükutyla gedən…

Bəzən sükut ən böyük etirazdır, ən böyük mövqedir, ən böyük töhfədir, ən böyük sədaqətdir!

Hamısını da ağayana sərgiləyib Qorxmaz İbrahimli!

Mən Qorxmaz İbrahimlini həm də ona görə çox istəyirəm ki, olduğu cameənin sıçrantılarını belə üstünə düşməyə qoymadan yaşama və yoluna davam edib!

Və ilk dəfədir dilə gətirirəm: qətiyyən və əsla ondan gözləmirəm ki, gündəmlə, siyasətlə, mübarizəylə bağlı nəsə desin!

Mən ondan hər gün, hər gün, hər gün fb-yə baxanda gözləyirəm: Şəhlasından nəsə yazıbmı? Nəvəsi Ucalla bu gün nə xatirəsi var!?

Bilmirəm, nə qədər dəqiq yadımda qalıb (nəsə dəqiq olmasa, dəqiq bilənlər yerinə qoysun), amma içimin hisslər sunamisində, təəssüb qasırğasında, humanism tornadosunda iki lövhə cızdağımı çıxarır:

I lövhə

… Mən Aydın Kərimovu – göyçaylı balasını “Yeni Fikir” qəzetində məsul katib işləyəndə tanıdım. Onlar həftədə bir dəfə mətbəəyə gəlirdilər. Mətbəə işçilərindən idimi, ya növbətçilərdən kimsə, tanışlıq üçün dedi ki, bu kişi “Təki sən səslə məni” şeirinin müəllifidir! O qədər həlim, o qədər nurani bir kişiydi ki, səsi o qədər məxməriydi ki, Aydın müəllimin. Kimsə ağlına belə gətirmirdi ki, Aydın Kərimov şair ola bilər, üstəlik də “Təki sən səslə məni” şeirini yaza bilər. Millətin təfəkküründə "şair Nüsrət Kəsəmənli, Baba Vəziroğlu, İslam Sadıq (və başqaları) kimi dərsə getməyən, baz, “yeyif-içən (…)”, davakar (idiki Kəramət Böyükçöl və b. kimi) olar" kompleksidir axı… hər zaman!

Amma Aydın Kərimov…

Elə o söhbətlərin məcrasında xatırlandı: yoldaşı 28 ildir rəhmətə gedib və evlənməyib! Ondan soruşulanda ki, niyə evlənmədin, Aydın müəllim, deyibmiş ki, yastığına xəyanət edə bilmədim, qıymadım, sevirdim!

Hə, mən indi siyasi mübarizə dönəmində (artıq 32 il keçib və Qorxmaz İbrahimlinin “yastığına belə xəyanət etmədiyi siyasi xanımı” 1993-cü ilin uyunun 17-də ölüb) Qorxmaz İbrahimlidən fövqəladə nəsə ummuram – Sadiq, Dəyərli, Fədakar və Mərd mübariz olaraq bacardığıyla birgə, bacarmadığını da etdi: bir vətəndaşın vətən qarşısında ən böyük xidməti elə bir kişinin xanımı qarşısında xidmətinə bərabərdir - yalan deməmək və xəyanət etməmək!

Qorxmaz İbrahimlinin bütün silahdaşları siyasi yastıqlarını və oriyentasiyalarını çoxdan dəyişib “arvadlıq” edirlər! Elə “arvad cinsi”ndə də söyülürlər!

Və… siyasi əxlaqı sabit olmayanın ailə əxlaqı da sabit ola bilməz: nəzərdən keçirin istənilən birini – dünyanın ən dahi siyasətçilərindən tutmuş ən sıravisinə qədər! Fərqli bir nəticə əldə etməzsiniz!

Bax, mən həm də buna görə gözləyirəm hər gün…

Və Qorxmaz İbrahimli hələ də hər gün Şəhla bacıya məktublar yazır!

O məktublar Simfoniyadır, Oratoriyadır Rapsodiyadır, Ariyadır, Romansdır, Serenadadır, Balladadır, ən gözəl ağılardır, bayatılardır…

İnsan Sədaqətli olmağı da, Fədakarlığı da bir dəfə sərgiləyir, Namərdliyi də, Xəyanətkarlığı da!

İstənilən müstəvidə adamın namərdliyi, xəyanəti oldusa bir dəfə, bil ki, bütün sahələrdə gözləmək lazımdır!

O at məsələsi vardı e, demişdim, həmin məsələdir!

Dünyaya kişi olmaqdan çox, Azərbaycan vətəndaşı kimi tarixdə qalmaq üçün gələn Qorxmaz İbrahimli haqqında dediyim bu təşbeh və epitetlər kimdə qıcıq yaradarsa, ona deyirəm: bu gedişlə, bu siyasətlə bu ölkədə ölməyincə bir kimsə haqqında söz deməyin yeri olmaz! Amma Qorxmaz İbrahimli artıq ölməmişdən ölənlərdəndir!

Bu gün SSRİ Konstitusiyasının vətənə xəyanət maddəsinin sıra yaşına çatır! Etməyibsə, etməyəcək də! 57-ci maddəyə çatmaq üçün törədilməsi vacib olan 56 maddə var! Qorxmaz o maddələrin hamısından alnıaçıq, üzüağ çıxıb!

Hamı yeni yaşını ağlaya-ağlaya olmasa da, kövrəlməklə qarşılayır, təkcə, təkcə, təkcə Qorxmaz İbrahimli sevinərək!

Hər dəfə yaşı artdıqca, Şəhlasının arzularının birini həyata keçirir – qızlarını köçürür, nəvələrini məktəbə aparır və. s və s.

Hər artan yaşını o həm də ona görə sevə-sevə, sevinərək qarşılayır ki... Şəhlasına doğru daha bir addım yaxınlaşır – girin oxuyun səhifəsindən…

Və…

II lövhə

Bir dəfə dostlarımızdan birinin oğlunun sünnət toyuna çağırmışdılar – adətən, toylara-mərasimlərə getmirəm, gedəndə də ya gördüyüm həyasızlıqlardan təpəm atır, ya da sıxılıram, ürəyim açıldısa, tarix üçün bir neçə kəlmə deyirəm. Bu sünnət toyu da onlardan biri idi, üstəlik də iqtidar elitasının sanballı adamları vardı, bir az da Rauf Arifoğlunun hakimiyyətin dəyişmə ab-havasını üflədiyi zamanlar: “ay qaçırlar, ay "çamadannastroyeniya"dılar”, məni də o mənada “dinləmək” istəyirdilər ki, nə qədər olmasa da, möhtərəm və möhtəşəm imza kimi etiraf etməsələr də, hesablaşırdılar: bir az əvvəl birinin nazir əmrini puça çıxarmışdım bir yazıyla! Əlqərəz, aldı görək möhtərəm və möhtəşəm Aydın Can nə dedi… sünnət toyunda:

- Hər bir uşaq uşaqlığında ac qalarsa, böyüyər, qazanar, ən yaxşı yeməkləri yeyər, yalın əyinlə gəzərsə, böyüyər, işləyər, qazanar, brend paltarları alar geyinər, amma heç bir uşaq yaxşı ata ehtiyacını heç bir vəzifəylə, sərvətlə ödəyə bilməz. Mən uşaqlarınızın yaxşı ata ehtiyacını ödəyə bilmək şərəfinin nəsib olmasını arzulayıram. Atasız böyüyən uşaqların qəlbini qırmadan! Bu məclisdə atasız böyüyən uşaqlar da var, atalarını onlara görə tanıyan uşaqlar da. Həyat heç də həmişə düşündüyümüz qədər ali deyil, onun belə sadə və bəsit amansızlaqları da var. Uşaqlarınızı amanasızlıqdan qoruyun!

SÖZARASI: O ayrı söhbətdir ki, Aydın Kərimov və uşaqlarla bağlı qələmə aldığım bu iki lövhədə yazdıqlarımı yaşamaq və yaşatmaq mənə nəsib olmadı, bunu boş verək, onçun yazıram ki, oxuya bilənlərdən yaşamağa və yaşatmağa həvəslənən olsun! Bəzən biz Aydın Kərimov ola bilmiriksə, demək, bizi Aydın Kərimov olmağa qoymayan qadınlar olub – bu tərəfinə keçməyək!

Ortada həm də Qorxmaz İbrahimli amili var! Deməli, elə qadınlar olmalıdır ki, hətta onun qəbrini də sevəsən!

Qorxmaz İbrahimlini tanıyanlar bir yana, hətta şəxsən tanımayan fb dostları belə dediklərimi ikiəlli təsdiqləyər: o, uşaqlarının nəinki yaxşı ata, hətta yaxşı baba ehtiyacını da ödəyir!

Buna görə də ayaq üstə durub əlimi əlinə uzadıram, bağrıma basıram, sevgiylə təzim edirəm və deyirəm:

Təşəkkür, xalqımın tarixinin tarixdə qalan oğlu!

AÇMASI əvəzi ZƏRURİ İZAHAT: Adam qızışanda bir az pafosa və populizmə yuvarlanır, amma mən yuvarlanmadım, zənnindəyəm, doğru anlaşılsın deyə, yazının əvvəlinə ayaq verirəm.

Almaniyada hamı Bismark, Adenauer deyil, İngiltərədə də Çörçill, Fransada da Şarl dö Qoll və s. və. s. Amma və lakin… Almaniyada, İngiltərədə, Fransada, İtaliyada, Amerikada, Portuqaliyada, Yaponiyada hamı, hamı, hamı, hamı... Qorxmaz İbrahimlidir!

Ona görə güclüdürlər!

Rotşilddə də pul var, Rövnəq Abdullayevdə də, Rokfellerdə də pul var, Kəmaləddin Heydərovda da! Venesuelada da neft var, Bakılda da, İraqda da…

Bəs edir bu qədər izahat? Almaniyada neft yoxdur, bir dənə Rur kömür hövzəsi var idi… İndi almanlar deyir ki, "BMW" adımızdır, özümüz üçündür, "Mersedes" alıcı üçün, biznesimizdir, "Opel" "düşmən"lər üçün, xəcalətimizdir"!

Çünki… bir də deyirəm, orda hamı Qorxmz İbrahimlidir!

Təbriklər TARİXDƏ QALAN OĞLAN – bizim üçün “BMW”, “Mersedes”, “Opel” sərvətimiz!“Şəkərdə şəkərlilik faizi 17-18-dir”… - indi ölkədə insanların bir-birinə münasibətində "şəkərlilik faizi" o qədərdir! Millət "şəkər xəstəliy"inə tutulub!

Həm də meydan liderləri – “azadlıq aşiqləri” hap-gopla guruldayırdılar: “biz öz sərvətlərimizin sahibi olsaq, asfaltmız neçə santimetrsə qızıldan olacaq”

Dədəmin goruna and olsun, indiki ağlımla yox, elə ovaxtkı ağlımla gülürdüm: ölkəyə, xalqa xilaskarlıq istəyən (hələ gətirib-gətirməyəcəkləri bəlli deyildi, sonradan da məlum oldu ki, bunlar elə söydüyü rejimin generalını xilaskar bilirlərmiş, sadəcə, imperiya qulu yox, öz diktatorlarının qulu olmaq istəyirlərmiş!) “cəmaət” hələ də bilmir ki, hər bir xalqın qüdrəti onun yeraltı-yerüstü maddi sərvətlərində yox, intellektində və bəşəri ola bilən, tarix yaradan, tarixdə qalan oğul-qızlarındadır! Düzdür şeirdən-"bayema"dan yazanda “Ulu babam,” “Ulu Nənəm” ritorikası sərgilənirdi, amma and da içə bilərəm ki, bu, digər xalqlarla müqayisədə şovinistlik “dudka”sına-“tırka”sına getməkdən o yana olmayıb – bunlarda o ağıl nə gəzir?

Yapon xalqının nə sərvəti var (idi) ki, yeraltı-yerüstü?

Alman xalqının nə sərvəti var (idi) ki?

Amerikada nə sərvət var (idi) ki, irland-italyan-ispan-portuqal-fransız-ingilis kolonialistlər üçün?

Kuk vardı, Kolumb vardı, Magellan vardı, Vespuççi vardı, Didro vardı, Russo vardı, Şekspir vardı, Stendal vardı, Bismark vardı, Napoleon vardı, Şir Ürəkli Riçard vardı, Çörçill vardı, Şarl dö Qoll vardı, Hitler vardı, Göbbels vardı, Mussolini vardı…

Bizdə… bizdə Şah İsmayıl Xətai olub, hələ də anasını talışlarla yunanlar arasında bölüşə bilmirik, Nadir şah olub, bilmirlər afşar saxlasınlar, yoxsa kolanı, Mircəfər Bağırov olub, gah seyid, gah terrorist, gah müsavatçı, gah Mirqəzzəb qayırırlar, Heydər Əliyevi gördük – erməni çıxarmaqla bərabər zorla kürd çıxarmaq tendensiyası səngimir, Əbülfəz Elçibəyi gördük – “agent”, “kürd”, “erməniqanlı” yarlıqlarını yapışdırhayapışdırdır e…

Dünyayla birgə hamının düz-əməlli etiraf elədiyi Məmməd Əmin Rəsulzadə idi, “Azərbaycan! Azərbaycan! Azərbaycan” deyə-deyə vətəndən kənarda canını tapşırdı, ingilisin belə hüzurunda ayağa durduğu Xudu Məmmədov idi – ürəyini partlatdılar, Yaponiyanın özündə belə Azərbaycana bərabər tutulan Rafiq Əliyevi müəllimlikdən çıxartdılar, saxladılar bizi Əli Kərimli ilə Rauf Arifoğlunun ümidinə günün bu günündə!

Nə Putinin qabağına çıxanımız var, nə İlon Maskın, nə Rupert Merdokun!

Bir dənə Kəmaləddin Heydərov var, kimə istəyir, ona holdinq açır, bir dənə də Əli Həsənovumuz vardı, 20 il adamların üstünə it kimi qısqırtdı hamını şər-böhtanla, öz üstünə bircə dəfə gəldilər, Xalxal dilənçiləri kimi “imkan verim öz dərdimi çəkim” sədəqəsində bulundu!

Yenə də müstəqillik dönəminin qazandırdığı “intellektual sərvətlər”in hamısından sovet dönəminin “kaqebe” generalı kişi çıxdı!

Fasciə o deyil ki, elə həmin kişi çıxan Heydər Əliyevin qurduğu sistem nə qədər şərəfsiz və ləyaqətsizi meydana çıxardı, faciə odur ki, durduğu yerdə nə qədər adam şərəfsizlik və ləyaqətsizlik növbəsinə durdu! Pulsuz-parasız, təmənnasız, eləcə təki oğraşlıq eləsin! Çünki eşitmişdilər: Azərbaycanın maddi sərvətləri o qədərdir ki, asfaltı neçə santimetrsə qızıl ola bilər! Deməli asfalt qızıldan deyilsə neçə santimetrsə, o sərvət bəlli bir komandadadır – o komandaya girmək lazımdır: hardan oldu, necə oldu, fərq etməz!!! Təki girsinlər!!!

Azərbaycanın yüzillik maddi sərvətlərinin gəlirini Amerikanın təkcə onillik hərbi büdcəsi qarşılayır artıqlamasıyla!

Azərbaycanın ərazi “qüdrətini” Amerikanın, Rusiyanın ən kiçik bir vilayəti içində əridir!

Amma dünya – yapon, amerikan, ingilis, alman… 10 yaşında Azərbaycanı tərk etmiş azəri cocuğu Lütfi Zadənin töhfələriylə o gücə yetinib!

Amma almanlar külli-Avropa, əsir Afrika ilə Rusiyanın üstünə gələndə, Rusiya naxçıvanlı cocuğu Yusif Məmmədəliyevin yüksək oktanlı aviabenzini, bakılı balası Kərim Kərimovun “katyuşa”ları ilə qalib oldu!

İndi naxçıvanlı cocuqları bakılı qədeşləri "tin uşaqları" çağırıb lağa qoyur!

Bax, söhbət budur: özümüzü dışlamaq! Özümüzü rusa, ingilisə satmaq!

Bakı hələ rusca danışmayana “çuşkarik” deməyin ayıbına kor olmayıb, indi də dil biləni “boy-friend – boy-göl” ekstazını sərgiləyir, dil bilməyəni, dilbilməzi İranın-Əfqanıstanın narkotikindən kayf alır!

Amma biz – mənim yaşıdlarım və aşağı-yuxarı müasirlərimiz uzun müddət Qorxmaz İbrahimli kimi oğullardan zövq alırdıq, onunla dostluqdan nəşələnirdik, onun dilini bilməkdən, onun diliylə danışmaqdan zövq alırdıq!

Və bu gün bu yazı da onçun yazılır ki, O… bizi bundan məhrum etmədi! İstisnasız, bütün cameəsi bütün ümidlərimizi puça çıxartdı!

Vaxtsız vəfat edən ləyaqətlilərin ruhu şad olsun!

Əslində, bu bir cümlədən artıq və müqəddəs nəsə demək çox çətindir: satılmayan, ləyaqətli, aldatmayan, şərəfli, kiməsə yox e, Azərbaycana, özünə - özü olan Azərbaycana sadiq Qorxmaz İbrahimli haqqında hər bir cümlə Azərbaycan boyda doğulur! Bir var yadda qalmaq, bir də var tarixdə qalmaq! Azərbaycan milli azadlıq hərəkatının tarixdə qalacaq bir oğludur Qorxmaz İbrahimli! Öz eqosuna, öz şöhrətinə, öz özgüvən kompleksinə görə heç bir silahdaşını, dostunu, soydaşını qurban verməyən, qurban verilməsində də, aldadılmasında da əli olmayan, riyakarlığa dəstək olmayan, bunu edənlərin kimlərin paçasında olduğunu bilib də otağına girib üzünə deyən, üzünə tüpürən və çıxıb sükutyla gedən…

Bəzən sükut ən böyük etirazdır, ən böyük mövqedir, ən böyük töhfədir, ən böyük sədaqətdir!

Hamısını da ağayana sərgiləyib Qorxmaz İbrahimli!

Mən Qorxmaz İbrahimlini həm də ona görə çox istəyirəm ki, olduğu cameənin sıçrantılarını belə üstünə düşməyə qoymadan yaşama və yoluna davam edib!

Və ilk dəfədir dilə gətirirəm: qətiyyən və əsla ondan gözləmirəm ki, gündəmlə, siyasətlə, mübarizəylə bağlı nəsə desin!

Mən ondan hər gün, hər gün, hər gün fb-yə baxanda gözləyirəm: Şəhlasından nəsə yazıbmı? Nəvəsi Ucalla bu gün nə xatirəsi var!?

Bilmirəm, nə qədər dəqiq yadımda qalıb (nəsə dəqiq olmasa, dəqiq bilənlər yerinə qoysun), amma içimin hisslər sunamisində, təəssüb qasırğasında, humanizm tornadosunda iki lövhə cızdağımı çıxarır:

I lövhə

… Mən Aydın Kərimovu – göyçaylı balasını “Yeni Fikir” qəzetində məsul katib işləyəndə tanıdım. Onlar həftədə bir dəfə mətbəəyə gəlirdilər. Mətbəə işçilərindən idimi, ya növbətçilərdən kimsə, tanışlıq üçün dedi ki, bu kişi “Təki sən səslə məni” şeirinin müəllifidir! O qədər həlim, o qədər nurani bir kişiydi ki, səsi o qədər məxməriydi ki, Aydın müəllimin. Kimsə ağlına belə gətirmirdi ki, Aydın Kərimov şair ola bilər, üstəlik də “Təki sən səslə məni” şeirini yaza bilər. Millətin təfəkküründə "şair Nüsrət Kəsəmənli, Baba Vəziroğlu, İslam Sadıq (və başqaları) kimi dərsə getməyən, baz, “yeyif-içən (…)”, davakar (idiki Kəramət Böyükçöl və b. kimi) olar" kompleksidir axı… hər zaman!

Amma Aydın Kərimov…

Elə o söhbətlərin məcrasında xatırlandı: yoldaşı 28 ildir rəhmətə gedib və evlənməyib! Ondan soruşulanda ki, niyə evlənmədin, Aydın müəllim, deyibmiş ki, yastığına xəyanət edə bilmədim, qıymadım, sevirdim!

Hə, mən indi siyasi mübarizə dönəmində (artıq 32 il keçib və Qorxmaz İbrahimlinin “yastığına belə xəyanət etmədiyi siyasi xanımı” 1993-cü ilin uyunun 17-də ölüb) Qorxmaz İbrahimlidən fövqəladə nəsə ummuram – Sadiq, Dəyərli, Fədakar və Mərd mübariz olaraq bacardığıyla birgə, bacarmadığını da etdi: bir vətəndaşın vətən qarşısında ən böyük xidməti elə bir kişinin xanımı qarşısında xidmətinə bərabərdir - yalan deməmək və xəyanət etməmək!

Qorxmaz İbrahimlinin bütün silahdaşları siyasi yastıqlarını və oriyentasiyalarını çoxdan dəyişib “arvadlıq” edirlər! Elə “arvad cinsi”ndə də söyülürlər!

Və… siyasi əxlaqı sabit olmayanın ailə əxlaqı da sabit ola bilməz: nəzərdən keçirin istənilən birini – dünyanın ən dahi siyasətçilərindən tutmuş ən sıravisinə qədər! Fərqli bir nəticə əldə etməzsiniz!

Bax, mən həm də buna görə gözləyirəm hər gün…

Və Qorxmaz İbrahimli hələ də hər gün Şəhla bacıya məktublar yazır!

O məktublar Simfoniyadır, Oratoriyadır Rapsodiyadır, Ariyadır, Romansdır, Serenadadır, Balladadır, ən gözəl ağılardır, bayatılardır…

İnsan Sədaqətli olmağı da, Fədakarlığı da bir dəfə sərgiləyir, Namərdliyi də, Xəyanətkarlığı da!

İstənilən müstəvidə adamın namərdliyi, xəyanəti oldusa bir dəfə, bil ki, bütün sahələrdə gözləmək lazımdır!

O at məsələsi vardı e, demişdim, həmin məsələdir!

Dünyaya kişi olmaqdan çox, Azərbaycan vətəndaşı kimi tarixdə qalmaq üçün gələn Qorxmaz İbrahimli haqqında dediyim bu təşbeh və epitetlər kimdə qıcıq yaradarsa, ona deyirəm: bu gedişlə, bu siyasətlə bu ölkədə ölməyincə bir kimsə haqqında söz deməyin yeri olmaz! Amma Qorxmaz İbrahimli artıq ölməmişdən ölənlərdəndir!

Bu gün SSRİ Konstitusiyasının vətənə xəyanət maddəsinin sıra yaşına çatır! Etməyibsə, etməyəcək də! 57-ci maddəyə çatmaq üçün törədilməsi vacib olan 56 maddə var! Qorxmaz o maddələrin hamısından alnıaçıq, üzüağ çıxıb!

Hamı yeni yaşını ağlaya-ağlaya olmasa da, kövrəlməklə qarşılayır, təkcə, təkcə, təkcə Qorxmaz İbrahimli sevinərək!

Hər dəfə yaşı artdıqca, Şəhlasının arzularının birini həyata keçirir – qızlarını köçürür, nəvələrini məktəbə aparır və. s və s.

Hər artan yaşını o həm də ona görə sevə-sevə, sevinərək qarşılayır ki... Şəhlasına doğru daha bir addım yaxınlaşır – girin oxuyun səhifəsindən…

Və…

II lövhə

Bir dəfə dostlarımızdan birinin oğlunun sünnət toyuna çağırmışdılar – adətən, toylara-mərasimlərə getmirəm, gedəndə də ya gördüyüm həyasızlıqlardan təpəm atır, ya da sıxılıram, ürəyim açıldısa, tarix üçün bir neçə kəlmə deyirəm. Bu sünnət toyu da onlardan biri idi, üstəlik də iqtidar elitasının sanballı adamları vardı, bir az da Rauf Arifoğlunun hakimiyyətin dəyişmə ab-havasını üflədiyi zamanlar: “ay qaçırlar, ay "çamadannastroyeniya"dılar”, məni də o mənada “dinləmək” istəyirdilər ki, nə qədər olmasa da, möhtərəm və möhtəşəm imza kimi etiraf etməsələr də, hesablaşırdılar: bir az əvvəl birinin nazir əmrini puça çıxarmışdım bir yazıyla! Əlqərəz, aldı görək möhtərəm və möhtəşəm Aydın Can nə dedi… sünnət toyunda:

- Hər bir uşaq uşaqlığında ac qalarsa, böyüyər, qazanar, ən yaxşı yeməkləri yeyər, yalın əyinlə gəzərsə, böyüyər, işləyər, qazanar, brend paltarları alar geyinər, amma heç bir uşaq yaxşı ata ehtiyacını heç bir vəzifəylə, sərvətlə ödəyə bilməz. Mən uşaqlarınızın yaxşı ata ehtiyacını ödəyə bilmək şərəfinin nəsib olmasını arzulayıram. Atasız böyüyən uşaqların qəlbini qırmadan! Bu məclisdə atasız böyüyən uşaqlar da var, atalarını onlara görə tanıyan uşaqlar da. Həyat heç də həmişə düşündüyümüz qədər ali deyil, onun belə sadə və bəsit amansızlaqları da var. Uşaqlarınızı amanasızlıqdan qoruyun!

SÖZARASI: O ayrı söhbətdir ki, Aydın Kərimov və uşaqlarla bağlı qələmə aldığım bu iki lövhədə yazdıqlarımı yaşamaq və yaşatmaq mənə nəsib olmadı, bunu boş verək, onçun yazıram ki, oxuya bilənlərdən yaşamağa və yaşatmağa həvəslənən olsun! Bəzən biz Aydın Kərimov ola bilmiriksə, demək, bizi Aydın Kərimov olmağa qoymayan qadınlar olub – bu tərəfinə keçməyək!

Ortada həm də Qorxmaz İbrahimli amili var! Deməli, elə qadınlar olmalıdır ki, hətta onun qəbrini də sevəsən!

Qorxmaz İbrahimlini tanıyanlar bir yana, hətta şəxsən tanımayan fb dostları belə dediklərimi ikiəlli təsdiqləyər: o, uşaqlarının nəinki yaxşı ata, hətta yaxşı baba ehtiyacını da ödəyir!

Buna görə də ayaq üstə durub əlimi əlinə uzadıram, bağrıma basıram, sevgiylə təzim edirəm və deyirəm:

Təşəkkür, xalqımın tarixinin tarixdə qalan oğlu!

AÇMASI əvəzi ZƏRURİ İZAHAT: Adam qızışanda bir az pafosa və populizmə yuvarlanır, amma mən yuvarlanmadım, zənnindəyəm, doğru anlaşılsın deyə, yazının əvvəlinə ayaq verirəm.

Almaniyada hamı Bismark, Adenauer deyil, İngiltərədə də Çörçill, Fransada da Şarl dö Qoll və s. və. s. Amma və lakin… Almaniyada, İngiltərədə, Fransada, İtaliyada, Amerikada, Portuqaliyada, Yaponiyada hamı, hamı, hamı, hamı... Qorxmaz İbrahimlidir!

Ona görə güclüdürlər!

Rotşilddə də pul var, Rövnəq Abdullayevdə də, Rokfellerdə də pul var, Kəmaləddin Heydərovda da! Venesuelada da neft var, Bakılda da, İraqda da…

Bəs edir bu qədər izahat? Almaniyada neft yoxdur, bir dənə Rur kömür hövzəsi var idi… İndi almanlar deyir ki, "BMW" adımızdır, özümüz üçündür, "Mersedes" alıcı üçün, biznesimizdir, "Opel" "düşmən"lər üçün, xəcalətimizdir"!

Çünki… bir də deyirəm, orda hamı Qorxmz İbrahimlidir!

Təbriklər TARİXDƏ QALAN OĞLAN – bizim üçün “BMW”, “Mersedes”, “Opel” sərvətimiz!