Tanınmış iş adamı Qod Nisanov qaziyə ev bağışladı - Video

 

Vətən müharibəsində iştirak edərək yaralanan və ayaqlarından ciddi xəsarət alan qazı Rüstəm Qurbanovun arzusunu xeyriyyəçi iş adamı Qod Nisanov reallaşdırıb.

Axar.az Baku Tv-yə istinadən xəbər verir ki, iş adamı Yeni Yasamalda yerləşən binaların birindən qazimizə tam təmirli ev hədiyyə edib.

Bildirək ki, Rüstəm anası və bacısı ilə birgə kirayədə yaşayırdı. Atası isə onları uzun illər öncə tərk edib.