Dünyaya töhfə verməyə gələnlər...

Əliməmməd Nuriyevin ad gününə qısa qeydlər

Dahi Stiv Cobs deyirdi ki, “biz bü dünyaya töhfə verməyə gəlmişik. Yoxsa burada bizim nə işimiz var?...”. Öz tərəfimdən əlavə edərdim ki, "bu dünyaya həm də yaxşı insan, adam olmaq üçün gəlmişik. Yoxsa niyə gəlmişik?" Bu gün ölkəsinə, dövlətinə, xalqına, elinə-obasına, dost və yoldaşlarına kifayət qədər töhfə verən, dəyərli dostumuz, böyüyümüz Əliməmməd Nuriyevin doğum günüdür. Ə.Nuriyev gənc yaşlarından bütün varlığı ilə atıldığı Milli Azadlıq Hərakatında, daha sonra siyasət meydanında, millət vəkili kimi Milli Məclisdə, ictimai xadim və hüquq müdafiəsçisi kimi vətəndaş cəmiyyətində məhz mlilli müstəqillik və oyanışa, dövlətçiliyin möhkəmlənməsinə, insan hüquq və azadlıqlarının qorunmasına bacarıdğı qədər töhfə verib, verməkdə davam edir. Hazırda da Əfv Komissiyasının üzvü kimi də sadə insanlar üçün çalışır. Müdriklərdən biri qeyd edirdi ki, hər kəs bacardığı qədər xeyirə, ədalətə töhfə versə, şərə qarşı sipər olsa Yer üzü bu qədər çətin bir yer olmazdı. Əminliklə deyə bilərəm ki, Ə.Nuriyev bacardığı və bir çox hallarda ondan da artıq xeyrə, ədalətə töhfə verib. Əliməmməd müəllimin doğum gününü təbrik edir, cansağlığı, yeni-yeni naliyyətlər arzu edirik. Onun timsalında yaxşı ki, dunyada yaxşı adamlar var, deyirik.
 
Zaur İbrahimli