Azərbaycan Televiziyasının 65 illiyi münasibətilə yeni musiqili klip çəkilib

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində televiziyanın 65 illiyi münasibətilə hazırlanan layihələrin, bayram proqramlarının sırasına yeni - "65 il bərabərik" musiqili klipi də əlavə olunub. Gənc və yaşlı nəsil tanınmış simaların yer aldığı klipin ideyası televiziyanın bədii rəhbəri Ranar Musayevə məxsusdur. Klip AzTV-nin İmic qrupu tərəfindən hazırlanıb. Klipin rejissor və quruluşçu operatoru Elvin Əhmədoğludur. Klipdəki instrumental ifa isə “Merry Band” qrupuna məxsusdur. Klip bu gün Azərbaycan Televiziyasında yayımlanıb.