Qulu Məhərrəmlidən AMEA rəhbərliyinə sərt ittihamlar

Professor: “Möhsün Nağısoylunun və İsa Həbibbəylinin verdiyi reaksiya adamı dəhşətə gətirir"

“AMEA-nın Dilçilik institutunda "Qaynar xətt”in fəaliyyəti   dayandırılıb, sistemi ləğv edilib, kompüterlər sökülüb, otaq da hansısa şuraya verilib”. Bu barədə Bakı Dövlət Univeristetinin professoru Qulu Məhərrəmli bir gün əvvəl öz sosial media hesabında xəbər verib. Professor bu olayın Azərbaycan dilinə qarşı qəsd və bağışlanmaz cinayət adlandırıb.

Mövzu ilə bağlı daha ətraflı məlumat öyrənmək üçün ilk olaraq Q. Məhərəmli ilə əlaqə saxladıq. O, Musavat.com-a məsələnin əsil mahiyyətindən söz açdı: “Biz “Qaynar xətt”in dayandırılması və ləğvi ilə bağlə niyə narahatıq? Ona görə ki, normal ölkələrdə, xüsusi dil qurumları olan dövlətlərdə bu “Qaynar xətt” cəmiyyətdə gedən dil proseslərini araşdırmağın bir yoludur. Bizdə də 2013-cü ildə prezident  İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində düzgün işlədilməsi və dilçiliyin işlədilməsi ilə bağlı” Dövlət Proqramına (6.1.5 maddə ilə) əsasən, Dilçilik İnstitutunda “Qaynar xətt”in yaradılması zəruri hesab olunub. Əsas məqsəd isə müxtəlif yerlərdə, o cümlədən küçə reklamlarında, ictimai iaşə müəssisələrində, ticarət obyektlərində rastımıza çıxan yazılarda mövcud olan nöqsanları görüb, bu barədə həmin “Qaynar xətt”ə məlumat verməkdən ibarətdir. Bu xəttin quraşdırılmasına həmin Dövlət Proqramının qəbulundan dərhal sonra başlanılıb. 2014 -cü ildə İnstitutun mərhum direktoru, akademik Tofiq Hacıyev məni Monitorinq şöbəsinə işə dəvət edəndə qarşıya qoyulan əsas məqsədlərdən biri o idi ki, biz Dövlət Proqramının tələblərinə uyğun olaraq “Qaynar xətt”i işə salaq. “Qaynar xətt”in yaradılması bizə çox çətinliklə başa gəlib. Ona görə ki, bunun üçün ayrıca maliyyə ayrılmamışdı, amma iş AMEA- ya və o vaxtkı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə olunmuşdu. Amma bunun mexanizmi   yox idi. Ona görə biz ilk növbədə ölkədə mövcud olan bütün “Qaynar xətt” təcrübəsini öyrəndik. Bunun üçün keçmiş Tələbə Qəbulu üzrə Dövlət  Komissiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,  Vergilər Nazirliyi, Təhsil Nazirliyi və bir çox qurumların “Qaynar xətt”nin fəaliyyətini öyrəndik, o təcrübəni ümumiləşdirdik.

Təbii həmin dönəmlərdə çox ciddi çətinliklər olurdu, biz həmin çətinlikləri mərhum alim Tofiq Hacıyevin nüfuzundan istifadə edərək həll etməyə çalışırdıq. O, nazirliklərlə, Prezident Adminstrasiyasının bu işə məsul olan adamlarla danışıqlar aparırdı. Nəhayət, işlər qaydasına düşdü, biz Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə məsələni həll etməyə çalışdıq, lazımi göstərişlər verildi. Bütün texniki, maliyyə və təşkilati işlərin bir qismini nazirlik öz öhdəsinə götürdü. Keçmiş nazir Əli Abbasovla, müavinləri ilə davamlı olaraq bu işin üzərində çalışırdıq. Nəhayət, 2016-cı ilin əvvəllərində bu xətti işə salmağa nail olduq. Çoxları soruşur ki, bu “Qaynar xətt” nə iş görürdü? Bizim Dilçilik İnstitutunun “Qaynar xətt”inin digərlərindən fərqi o idi ki, iki funksiyanı yerinə yetirirdi. İnsanlar rastlaşdıqları dil qüsurları ilə bağlı “Qaynar xətt”ə zəng edib, məlumat verir, onun düzəldilməsini tələb edirdilər. O şikayətlər, müraciətlər qetdiyyata alınıb, sonrakı mərhələlərdə aidiyyəti qurumlara göndərilir, nöqsanların aradan qaldırılmasına nail olmağa çalışılırdı”.

MTRŞ VƏ KİVDF-nin yeni rəhbərlərinə müəyyən ümidlər var” – QULU MƏHƏRRƏMLİ  - Hürriyyət

Qulu Məhərrəmli

“Dövlət dilə qayğı göstərir, bəs siz niyə dilə zərbə vuran addımlar atırsız?”

İkinci istiqamət haqqında danşan Q.Məhərrəmli deyib ki, bu, maarifləndirmə ilə bağlı istiqamət idi: “Dildə mübahisəli məqamlar, həm sözlərdə, həm cümlə quruluşunda, həm də ifadə tərzində problemlər olanda ilk olaraq Dilçilik İnstitutu yada düşür. Ona görə biz proqram təminatında ikinci istiqamət kimi maarifləndirməyi götürmüşdük. O da çox effektli  idi. İş belə gətirdi ki, 2016-cı ildə Tofiq müəllim vəfat etdi. Bundan sonra bir çox sahələr axsamağa başladı. Təbii ki, bizim üçün orda işləmək çox çətin oldu. O çətinliyin özündə də bir "Qaynar xətt"in sınaq zənglərini öyrənirdik. Aprel ayında bu proses də sona çatdı. Mən də institutdan getdim. Amma orda tövsiyələr yazılıb qoyulmuşdu ki, bundan sonra "Qaynar xətt" necə işləməlidir. Çox təəssüf ki, bu işi görən olmadı. Sadəcə, özfəaliyyət şəklində bunları reallaşdırmağa çalışırdılar. Deyim ki, ikinci xətt özünün gərəkliliyini tez bir zamanda göstərmişdi. İndi isə dilə çoxlu sözlər gəlir, onlayn xidmətlər artır. Bu  arada dilin də funksiyası genişlənir. Bu işdə məsuliyyətli olan Dilçilik İnstitunun direktoru Möhsün Nağısoylu və bu işlərə cavabdeh olan akademiyanın vitse-prezidenti İsa Həbibbəylidir.

İsa Həbibbəyli təltif edildi

İsa Həbibbəyli

Mən onların mediaya reaksiyasını oxuyuram və dəhşətə gəlirəm. Bu dərəcədə məsuliyyətsiz yanaşmamı olar? İsa Həbibəyli deyir ki, bu məsələdən xəbəri yoxdur. Halbuki o, “Qaynar xətt” olan otaqla eyni mərtəbədə oturur. Necə olub ki, otaq boşaldılanda onun xəbəri olmayıb. Möhsün Nağısoylu mətbuata bildirir ki, “işçilər gedib, otaq boşaldıldı, kiməsə otaq lazım idi, verdik”. Adam  heyrətə gəlir ki, bu zehniyyətlə biz ana dilini necə inkişaf etdirə bilərik, necə qayğı göstərə bilərik? Dövlət dilə qayğı göstərir, bəs siz niyə dilə zərbə vuran addımlar atırsız? İndi bizi arxayın etməyə çalışırlar ki, “Qaynar xətt” tezliklə bərpa olunacaq. Tamamilə əsassız yanaşmadır. Onu tezliklə düzəltmək mümkün olamayacaq. Bunun üçün ayrıca otaq olmalıdır, server qoyulmalıdır. O xüsusi rejimdə işləməlidir. Mən hesab edirəm ki, bununla bağlı çox ciddi tədbirlər görülməlidir. Akademiyanın rəhbərliyi də, Dövlət Proqramının reallaşdırılmasına cavabdeh olan Nazirlər Kabineti də bu işin getişatı ilə ciddi maraqlanırdılar. Əminəm ki, bu işdən xəbər tutan bütün dövlət qurumları buna öz reaksiyasını verəcək. Hər kəs bilməlidir ki, dil bu millətin varlığıdır. Onun özünü ifadəsidir. Bu cür addımlarla milli heysiyatla oynamaq olmaz”.

Fazil Mustafa: “Azərbaycan xalqının tarixində bu cür birlik modeli  olmamışdı”

Fazil Mustafa

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa də fikir bildirib: “Qulu müəllim bu məsələlərdə kifayət qədər ixtisaslaşmış, təcrübəsi olan alimdir. Əgər belə bir məsələni qaldırırsa, demək ciddi yanaşmaq lazımdır. Amma bunun səbəblərinin də açıqlanması vacibdir. Bəlkə elə məqamlar var ki, biz  bilmirik. İndidən ittiham etmək ədalətsiz  görünə bilər. Hər halda, belə narahatçılıq yaranıbsa, araşdırılmalıdır, çünki dil vacib bir sahədir. Hesab edirəm ki, bununla bağlı araşdırmalar aparılıb, müəyyən ölçü götürülməlidir. Əgər əsassız ləğv olunubsa, tez bir zamanda bərpa olunmalıdır”.

Əlifbada 34 hərfin olması təklif edilir-Möhsün Nağısoylu - TrendNews.az

Möhsün Nağısoylu

Qeyd edək ki, mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə cəhd etdik.  Dilçilik İnstitunun direktoru Möhsün Nağısoyluya "Əgər küçədə, iaşə obyektlərində Azərbaycan dili qaydalarının pozulması faktı ilə rastlaşarsaq, hara müraciət edək" sualını ünvanladıq: "Qarabağımız alınıb, ən gözəl olan budur. Bizim artıq danışmağımız lazım deyil"- deyərək direktor telefonu qapadıb.