"Akkord"un sabiq prezidenti ABŞ-da xaç suyuna salınmağına aydınlıq gətirdi-VİDEO

"Tezadlar"ın xəbər verdiyi kimi, ötən il Azərbaycanın və dünyanın bir sıra KİV-lərində yayımlanan qalmaqallı yazılardan biri də «Akkord» Şirkətlər Qrupunun keçmiş Prezidenti İlqar Hacıyevin şərikləri ilə bağlı olan məhkəmə çəkişməsi barədə olmuşdur. Belə qalmaqallı məqalələrdən biri “The Moscow Post” nəşrində yayımlanmışdı. Məqalədə bildirilirdi ki, Moskva ətrafında məhşur olan Rusiyanın “Kiyevskaya ploşad” şirkətinin ortağı Qod Nisanov keçmiş biznes şəriki İlqar Hacıyevi sıxışdırmaqda və SDİ qrupun strukturlarından pul tələb etməkdə davam edir. Və nəşrin əməkdaşı İlqar Hacıyevin şərikləri ilə əlaqə saxlayaraq, SDİ qrupun nəzarətində olan “Akkord Xüsusi İnşaat”dan, “Komfortİnvest” İxtisaslaşdırılmış İnşaatçı MMC-dən və “USK”dən alınmış pul vəsaitləri barədə bəzi məsələləri öyrənib, məqalə dərc etdirmişdir.
Bu arada isə məlum oldu ki, İlqar Hacıyev Rusiyadakı qalmaqallarından sonra Londona qaçıb və bir sıra qalmaqallarına və maliyyə fırıldaqlarına görə London polisi onun barəsində cinayət işi açıb. Bundan sonra isə o, istintaqdan yayınmaq üçün Los-Ancelosa gedib... Nəticədə İnterpol xətti ilə axtarış verilib. Və elə orada da təcili olaraq Xaç suyuna salınması barədə qərar verib. Onu Xaç suyuna salıblar...
***
Bu dəqiqələrdə isə ABŞ-da olan oxucularımızdan biri Xaç suyuna salınmış İlqar Hacıyevin bu qalmaqallı məsələyə dair özünün açıqlaması olan videosunu "Təzadlar"a göndərib. Buyurun, İlqar Hacıyevin öz dilindən dinləyin ki, o, niyə Xaç suyuna salınmasında israrlı olub: