İLQAR HACIYEV LOS-ANCELESDƏ NİYƏ XAÇ SUYUNA SALINDI?-ŞOK VİDEO

 

Bunu günahların yuyulması kimi də qəbul etmək olarmı???
Ötən il Azərbaycanın və dünyanın bir sıra KİV-lərində yayımlanan qalmaqallı yazılardan biri də «Akkord» Şirkətlər Qrupunun keçmiş Prezidenti İlqar Hacıyevin şərikləri ilə bağlı olan məhkəmə çəkişməsi barədə oldu. Hətta İlqar Hacıyev yaranmış vəziyyətlə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət də etdi və ona və ailəsinə qarşı olan təzyiq və təhdidlərlə bağlı kömək də istəmişdi.
Belə qalmaqallı məqalələrdən biri isə “The Moscow Post” nəşrində yayımlanmışdı. Məqalədə bildirilirdi ki, Moskva ətrafında məhşur olan Rusiyanın “Kiyevskaya ploşad” şirkətinin ortağı Qod Nisanov keçmiş biznes şəriki İlqar Hacıyevi sıxışdırmaqda və SDİ qrupun strukturlarından pul tələb etməkdə davam edir. Və nəşrin əməkdaşı İlqar Hacıyevin şərikləri ilə əlaqə saxlayaraq, SDİ qrupun nəzarətində olan “Akkord Xüsusi İnşaat”dan, “Komfortİnvest” İxtisaslaşdırılmış İnşaatçı MMC-dən və “USK”dən alınmış pul vəsaitləri barədə bəzi məsələləri öyrənib. Bu barədə daha geniş məqalə təqdim edəcəyik.
Hələlik isə İlqar Hacıyevin barəsində «Təzadlar»a təqdim olunmuş bir sensasion video və digər faktlar barədə qısaca bəhs edək….

İlqar Hacıyevi Xaç suyuna saldıran kimdir və bunda məqsəd nədir?

Məlum olduğu kimi, Xaç suyuna salınma xristianlıqda qəbul olunan dini ritualdır. Və adətən körpə dünyaya gələndə bu ritual həyata keçirilir. Bu isə o deməkdir ki, bu körpə artıq xristiandır. Bəs İlqar Hacıyev? Axı o, müsəlman idi… Onu Xaç suyuna salmanın nədən qaynaqlandığına necə aydınlıq gətirmək olar?
«Təzadlar»a daxil olan məlumatda isə bildirilir ki, İlqar Hacıyev Rusiyadakı qalmaqallarından sonra Londona qaçıb və bir sıra qalmaqallarına və maliyyə fırıldaqlarına görə London polisi onun barəsində cinayət işi açıb. Bundan sonra isə o, istintaqdan yayınmaq üçün Los-Ancelosa qaçıb. Nəticədə İnterpol xətti ilə axtarış verilib.
Görünür o, Xaç suyuna salınmaqla Kaliforniyada sığınacaq tapmaq istəyir və s. Aşağıda həmin ritualı izahlayan videonu təqdim edirik.
İlqar Hacıyevin də bu Xaç suyu məsələsinə dair mövqeyini bilmək bizim üçün çox maraqlı olardı…

Təzadlar