Ermənistanda xaos: “basılmaz ordu” məhv oldu – Danyuk

Ermənistandakı bugünkü xaosun baş verməsində səbəb erməni cəmiyyətinin Qarabağda müharibə günləri ərzində öz ordusunun guya "basılmaz" olması xülyasıdır. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Birinci kanalının efirində Rusiya Elmlər Akademiyasının Strateji Tədqiqatlar və Proqnozlar İnstitutunun direktor müavini, RF İctimai Palatasının üzvü Nikita Danyuk bildirib. Onun sözlərinə görə, erməni cəmiyyəti bu günlərdə tamamilə fərqli bir informasiya məkanında idi: “Erməni mediası və sosial şəbəkələr guya Azərbaycan Ordusunun Qarabağda irəliləmədiyini, guya Ermənistan silahlı qüvvələrinin bütün strateji nöqtələrə tam nəzarət etdiyini və hətta bəzən hücuma keçdiyini yazırdı. Bu məqamda isə Azərbaycan Ordusu bölgə dalıyca bölgə, şəhər dalıyca şəhərlərə nəzarəti öz əlinə götürürdü. Erməni cəmiyyəti “Azərbaycan Ordusunun guya zəif olduğu və Qarabağda heç bir hərbi uğurlarının olmadığı barədə” müəyyən yuxu içində idi”. Danyukun fikrincə, Ermənistan hökuməti bu xülyaların yaranmasına tam olaraq öz töhfələrini verib: “Ermənilər bu müharibəni hər baxımdan uduzduğunu çoxdan anlamalı idilər”.