Prezident Administrasiyasından siyasi partiyalara mesaj var - VİDEO

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalara müraciət edib. Həmin müraciətin mətnini təqdim edir: "Hörmətli siyasi partiya rəhbəri! Vətən müharibəsində qazanılmış Böyük Zəfər münasibətilə Sizi ürəkdən təbrik edirik! Yaşasın Ali Baş Komandan! Yaşasın müzəffər Azərbaycan Ordusu! Yaşasın xalqla Ali Baş Komandanın sarsılmaz birliyi! Qarabağ Azərbaycandır! Hörmətlə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi". Qeyd edək ki, Azərbaycan Prezidenti özünün xalqa müraciətində siyasi partiyaların Vətən müharibəsində sərgilədikləri davranışları təqdir edib. Çıxışın həmin məqamını diqqətinizə çatdırırıq: