8 noyabr Əliyevlər ailəsi üçün əziz günmüş – Səbəb

Şuşanın azad olunduğu gün – 8 noyabr tarixi Ümummilli lider Heydər Əliyevlə akademik Zərifə xanım Əliyevanın toy günü imiş. Kult.az xəbər verir ki, bu barədə Ümumilli liderin qızı, Prezident İlham Əliyevin bacısı Sevil Əliyeva qeyd edib. O bildirib: “Şuşanın atamla anamın toy günü azad edilməsinə görə qardaşıma minnətdaram”.