Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir - Müdafiə Nazirliyi

Ermənistan tərəfi Şuşa döyüşlərindəki uğursuzluğunu ört-basdır etmək və öz cəmiyyətini sakitləşdirmək məqsədilə guya Şuşaya yenidən nəzarəti ələ keçirmək barədə dezinformasiya yayır.   Bu barədə Modern.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.   "Bəyan edirik ki, Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir", - deyə açıqlamada bildirilir.