Xəbər verildiyi kimi, Azərbaycanın işğaldan azad olunmuş Məmər kəndindəki XVIII əsrə aid məscid ermənilər tərəfindən tamamilə dağıdılıb. İnsanlığa sığmayan vandalizmlə yanaşı, tarixi dini-mədəni abidə uzun illər ermənilər tərəfindən donuz tövləsi kimi istifadə edilib. “National Geografic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli məşhur fransız fotoqrafı Reza Deqatinin Məmər kəndindəki məsciddən çəkdiyi fotoları təqdim edirik. Bu barədə fotoqraf "Instagram" hesabında paylaşım edib. Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh içində yaşadığını, ölkəmizdə qadınlara səsvermə hüququnun Fransadan 20 il əvvəl verildiyini qeyd edən fotoqraf Qubadlıda məsciddə qarşılaşdığı mənzərədən bəhs edib. "Məscidə daxil oldum, ətrafa baxdım, döşəmə nəcislə örtülmüşdü, qoxusu ağır idi. Heyvanlara su vermək üçün istifadə olunan iki kasanın fərqinə vardım. Əsgərlər mənə dedilər ki, məscidi açanda donuzlarla dolu idi. Bu dini məkan illərdir erməni işğalçıları tərəfindən donuz tövləsi kimi istifadə olunub", - deyə fotoqraf bildirib.
© 2020 - Created by İLK XEBER.