İlham Əliyev yeni ərazilərin işğaldan azad olunduğunu elan etdi - daha 7 kənd

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş yeni ərazilərin adlarını açıqlayıb.

Bildirir ki, bununla bağlı dövlət başçısı “Twitter”də paylaşım edib: “Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”. Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! — İlham Əliyev (@azpresident) November 4, 2020