"Azərbaycanın hərbi və siyasi üstünlüyü Ermənistan içtimayyətini parçalayıb..."

Suallarımızı Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev cavablandırır:
-Azad müəllim, müxtəlif vaxtlarda mətbuata verdiyiniz müsahibələrininzdə Qarabağ problemi barədə çoxlu fikirlər səsləndirmisiniz. Demək olar ki, fikirləriniz təsdiqini tapmaqdadır. Münaquişənin sonu necə tamamlana bilər? Paşinyan sülh müqaviləsinə gedəcəkmi?
-Gəlin baxaq görək Paşinyan hansı şəraitdə hakimiyyətə gəldi, buna səbəb nə idi, onun hakimiyyətə gətirən qüvvələr niyə bu addımı atdılar? Bu zaman sualınıza aydınlıq gələcək. Dəfələrlə qeyd etmişdim ki, dünyada olduğu kimi Qafqaz regionunda da ABŞ-la Rusiyanın maraqları hər mənada toqquşub, bu toqquşma həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə özünü göstərməkdədir. ABŞ Qafqaz regionunda öz nüfuzunu gücləndirmək niyyətindədir, bu baxımdan Ermənistan-Azərbaycan münaqişəsinin Rusiyanın əli ilə həllini istəmədi. Rusiya prezidenti V.Putinin təşəbbüsü ilə məlum münaqişənin mərlələli həll variantını Ermənistanın sabiq rəhbəri Sarksiyanla razılaşdırmışdı. Bayaq dediyim kimi ABŞ bu münaqişəni Rusiyanın əli ilə həllini istəmədi, bu baxımdan Ermənistanda “narıncı inqlab” etdi və Paşinyan hakimiyyətə gətirildi. Belə inqlab üçün əsas üç şərt var: bunlardan biri maliyyə, ikincisi siyasi dəstək, üçüncü texniki dəstək. Paşniyan Soros fondunun maliyyə, Qərb və ABŞ siyasi, erməni lobbisinin texniki dəstək verməsilə hakimiyyətə gəldi. Təbii olaraq Paşiniyan ABŞ-ın siyasi himayəsi ilə güclənmişdi və Ermənistanda olan Rusiya yönümlü siyasətçiləri zərərsizləşdirməyə başladı, hətta Rusiya prezidentinin münaqişə ilə bağlı mərlələli həll variantını rədd etdi. Dəfələrlə ona bu variantı xatırlatmağa baxmayaraq Paşniyan ABŞ-dan aldığı təlimata əsasən Rusiyanın təkliflərini ironiya ilə qəbul edirdi. Paşniyanın avanturist siyasəti hər sahədə özünü göstəridi, xüsusilə də Rusiya və Azərbaycanla münasibətdə daha aqressiv davranırdı.
ABŞ-ın və qərbin təlimatı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, Avrasiya İqtisadi Birliyindən çıxmaq, qərbə inteqrasiya, NATO yönümlü kimi fikirlər səsləndirir, Azərbaycan ərazisindən yeni torpaqlar işğal edəcəklər kimi çağrışlar etməklə yanaşı bu sahədə planlar həyata keçirirdi. Belə olan təqdirdə Azərbaycanın torpaq maraqları ilə Moskvanın Paşinyan problemi üst-üstə düşdü.
Münaqişə ilə bağlı yaranmış siyasi və hərbi situasiya bizim xeyrimizə işləyirdi, Prezident İlham Əliyevin zamanında verdiyi əks hücum əmri həm siyasi, həm də hərbi baxımdan reallığı köklü dəyişdi, necə deyərlər ən gözəl müdafiə hücumdur. Bu illər ərzində situasiyaya erməni tərəfi diqtə edirdisə, artıq problemin həllinə həm siyasi baxımdan, həm də hərbi baxımdan real diqtə edən tərəf bizik. Azərbaycan tərəfinin hərbi və siyasi baxımdan üstünlüyü Ermənistan içtimayyətini parçalayıb, Ermənistanda siyasi böhran vəziyyəti yaradır. Paşinyan siyasətdəki uğursuzluğunu bölüşmək, həm də məsuliyyəti öz üzərindən deputatların üzərinə atmaq istəyir, bu sahədə bir neçə dəfə parlamentə müraciətidə olmuşdur.
İndi Qarabağ bölgəsində ermənilərin hərbi əməliyyatların uğursuzluğunun fonunda Paşinyan bütün fəaliyyəti Rusiya əlehinə yönəldir. O erməni cəmiyyətində fikir formalaşdırmağa çalışır ki, Ermənistan Rusiyaya güvənirdi, onlarla müttəfiqliyimiz vardı, baxın bizi təkləndik, azəbaycanlıların, türklərin qarşısında tək qoydular. Bu cür fəaliyyətlə Ermənistanda anti-Rusiya əhvalı yaratmaqdadır. Onun bu cür davranması da təbiidir, çünki onu hakimiyyətə gətirənlərin təlimatı belədir.
Məlum olduğu kimi Paşinyanın əmri ilə humanitar atəşkəs pozuldu və onun birbaşa göstərişi ilə Azərbaycanın Gəncə, Bərdə, Tərtər, Goranboy bölgələrində terror əməliyyatı həyata keçirmişdir. Bu hadisə nəticəsində çoxlu sayda dinc əhali öldürülmüşdür. Paşinyan sözünün və imzasının sahibi olmayan, pisxi cəhətdən anormal adamdır. Hesab edirəm ki, indiki vəziyyətdə Paşinyanın əməllərinə Azərbaycan Milli Məclisi siyasi qiymət verməlidir, ermənilərlə sülh danışığı Paşinyanın hakimiyyətdən getməsindən sonra baş tuta bilər. İstənilən halda bölgədə hərbi əməliyyatlar davam edəcək, işğal olunmuş torpaqlarımız azad ediləcəkdir. Pisxaloji olaraq erməni cəmiyyəti müharibənin məğlubiyyəti ilə barışıblar. Bu baxımdan ermənilər müharibəni böyük dölətlərin əli ilə dayandırmaq və özlərinə gəlmək istəyirlər, yəni ermənilər taym-aut götürməyə cəhdlər etməkdədirlər. Hesab edirəm ki, əks hücum əməliyyatının nəticəsindən asılı olmayaraq təmas xətti tarixi torpaqlarımız olan Zəngəzur, Göycə mahallarının ərazisinin olmasının bəyan edilməsinin zamanı çatmışdır.
-Bizim üçün təmas xətti tarixi torpaqlarımız olan Zəngəzur, Göycə mahallarıdır deyirsiniz. Bu fikirinizi bir az izah edərsinizmi?
-Prezident İlham Əliyev müsahibələrində tarixi torpaqlarımız barədə, Zəngəzur, Göycə mahalı, o cümlədən İravan şəhərinin tarixi azərbaycanlara məxsusluğu barədə dünya mətbuatına açıq bildirmişdir. Ermənilər fitnə fəsad, həyasızlıq ilə o torpaqları ələ keçiriblər. Artıq bu barədə səsimizi çıxartmaq vaxtı gəlib, bu sahədə ciddi işlər görmək olar. Ermənilər 30 ilə yaxındır ki, Dağlıq Qarabağ və ona bitişik məlum rayonları işğal etmiş, soydaşlarımız öz evlərindən, obalarında didərgin salınmışdır. Bu illər ərzində ermənilər maddi, mənəvi ziyanla yanaşı həm də genefondumuza, təbətimizə ziyan vurulmuşdur. Bununla yanaşı yer altı və yer üstü sərvətlərimizi talan etmişdilər. İşğalın nəticəsində qeyri rəsmi hesablamalara görə bu illər ərzində təxminən 500 milyard ABŞ dolları civarında xalqımıza və dövlətimizə ziyan vurulmuşdu. Hesab edirəm ki, bu ziyanın ödənilməsi üçün qarşı tərəfdən beynəlxalq qanunlar çərçivəsində kompesasiya iddiası tələb etmək bizim haqqımızdır. İndiki halda, hətta gələcəkdə də belə ermənilərin bu məbləği ödəmək imkanı real deyil, bu baxımdan tarixi torpaqlarımızın qaytarılması mübadiləsində vurduqları ziyanın mübadiləsi barədə düşünməyə dəyər. Belə olan təqdirdə Naxşıvanla quru əlaqəsini, türk dünyasının qapısını açmış, eyni zamanda tarixi ədaləti bərpa etmiş olardıq.
-Bu illər ərzində münaqişənin ATƏT çərçivəsində ədalətli sülh həlli variantı demək olar ki, itirildi. Yenidən ATƏT-in Minski qrupu canfaşanlıq edir, bunun nəticəsi olacaqmı?
-Qeyd etmək istəyirəm ki, Azərbaycan həmişə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ probleminin həllini beynəlxalq BMT, ATƏT və s. təşkilatlardan sülh və ədlətli həllini istəyib. Ədalət nədir? Ədalət haqlının haqqını verməkdir, haqsızın həddini göstərməkdir. Beynəlxalq təşkilatlar BMT-nin məlum qətnamələrinin olmasına baxmayaraq problemi donduraraq 30 ilə qədər uzatdılar. Nə bizim haqqımız olanı vermədilər, nə də haqsıza həddini göstərdilər. Nəticədə bizi reallıqla barışmağa məcbur etmək istədilər, yəni işğalla barışmağı məsləhət görürdülər. Bundan başqa problemin həll olunmamasının əsas səbəbi biri bəyaq dediyim kimi ABŞ və Rusiyanın maraqlarının toqquşması idi, həmin dövlətlər elə ATƏT-in Minsk qurupunun həmsədirləridir.
Əks hücum əməliyatının başlaması nəticəsində həm siyasi baxımdan, həm də hərbi baxımdan regionda geosiyasi vəziyyət köklü dəyişdi. Artıq situyasiyaya Azərbaycan tərəfi diqtə etməkdədir. Bu vəziyyətdə Azərbaycanın torpaq marağı ilə, rəsmi Moskvanın Paşinyan problemi üst-üstə düşməkdədir. Artıq Paşinyan siyasi imici iflasa uğramaqdadır, vəziyyətdən çıxmaq üçün Ermənistanın baş nazirinə məsləhət görüblər ki, hərbi-siyasi məğlubiyətləri parlamentin üzərinə atmaqla siyasi hakimiyyətini qorusun. Paşinyan Dağlıq Qatabağla bağlı, yəni işğal olunmuş torpaqların qaytarılması ilə bağlı parlamentə müraciət etmişdi, o zaman parlamentdən etiraz cavabı almışdır. Minsk qrupunun həmsədrləri xüsusən də ABŞ-ın və Fransanın nümayəndələri atəşkəsə nail olmağa çalışırlar, məqsədləri yenə də problemi dondurmaq istəyirlər. Onlar erməni silahlı qüvvələrinin ərazimizdən çıxarılması ilə bağlı bir kəlmədə olsun demirlər. Bu vəziyyətdə ermənilərə taym aut vermək, onların hərbi və siyasi baxımdan güclənməsinə gətirib çıxara bilər, bu da yol verilməzdi.
-ABŞ-ın Qafqaz bölgəsində maraqları nəylə bağlıdır?
-ABŞ-ın Qafqazda əsasən üç dövlətə görə siyasi və hərbi marağı var, bunlar Rusiya, İran və Türkiyədir. ABŞ Rusiyaya yaxın olan dövlətləri onun siyasi əhatə darəsindən çıxarıb öz maraqlarına uyğun istifadə etmək niyyətindədir. Bu dövlətlərdə anti Rusiya əhval ruhiyəsi yaradıb ruslara qarşı qaldırmaqdadır, bunu Pribaltika dövlətləri, Gürcüstan, Ukrayna, Belarusiya, Etmənistan timsalında görmək olar, məqsədləri Rusiyanı təkləmək, zəiflətmək və parçalamaqdır, bu cürə hərəkətlər Rusiyanın milli təhlükəsizliyinə təhlükə yaradır. ABŞ gələcəkdə Ermənistan ərazisindən İrana qarşı istifadə etmək niyyətindədir. Qeyd etmək yerinə düşırdi ki, Azərbacan bəyan etmişdir bizim ərazimizdən İran dölətinə qarşı istifadəyə icazə verilməyəcək. Türkiyənin nəinki dünyada, hətta Qafazda güclənməsini istəmir, bildiyiniz kimi Türkiyənin üç Qafqaz dövlətləri ilə birbaşa sərhədləri var. Bu baxımdan ABŞ Gürcüstanı və Ermənistanı öz nüfuz darəsinə salmağa və bu bölgədə güclənməyə çalışır.
-Türkiyə NATO dövlətidir ABŞ-la hərbi müttəfiqdir belə olam təqdirdə ABŞ-la Türkiyə arasındakı siyasi soyuqluq nəylə bağlıdır?
-Türkiyəyə gəlincə, ABŞ və qərb dövlətləri Türkiyənin bölgədə inkişafını, güclənməsini istəmirlər, Türkiyəni bir dövlət olaraq NATO daxilində təklədilər. Türkiyəni Avropa Birliyinə daxil olmağa qoymadılar, terrorla mübarizədə Türkiyənin yanında olmadılar, dolayısı ilə terrorçuları müdafiə etdilər, xalqın iradəsi ilə, demokratik yolla seçilmiş dövlət başçısını çevirməyə, hətta öldürməyə cəhd etdilər. ABŞ və qərb dövlətləri dünyada, o cümlədən yaxın şərqdə aparılan qlobal hərbi-siyasi oyunlarda Türkiyənin milli maraqları nəzərə alınmadı, bu oyunlar Türkiyənin milli maraqlarına, dövlət təhlükəsizliyinə ziyan vururdu. Bu cürə münasibət uzun müddət davam edə bilməzdi, Türkiyə bir dövlət olaraq müstəqil siyasət yürütməyə başladı. Türkiyə istər yaxın şərqdə, istər Qafqazda, istərsə də Rusiya ilə siyasi-hərbi, iqtisadi əməkdaşlığında tam müstəqil xarici siyasət həyata keçirir, bu davranış ABŞ tərəfindən qəbul olunmur, Türkiyəyə müxtəlif formada təzyiqlət edir, hədələməyə başlayıb. Türkiyə Ermənistan-Azərbaycan münaqişəsində açıq şəkildə, heç kimdən çəkinmədən, Azərbaycanı siyasi və mənəvi dəstəklədiyinə görə ABŞ tərəfindən sanksiyalarla hədələnir və bu cürə təzyiqlət davam etməkdədir. Azərbaycan Türkiyənin siyasi dəstəyi ilə özünü bu müharibədə tək olmadığını gördü və əks hücum əməliyyatını uğurla davam etdirir. Bunun nəticəsində Paşınyanın siyasi iflası, dolaysı ilə ABŞ-ın Ermənistanda siyasi iflası deməkdir.