Azərbaycanın Su-25 hücum təyyarələri Xocavənd ətrafında düşmənə sarsıdıcı zərbələr endirdi

Oktyabrın 31-də Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi düşmən mövqelərini bombardman edib.

Endirilən aviazərbələr nəticəsində düşmənin səngərlərdə və yeraltı sığınacaqlardakı xeyli sayda canlı qüvvəsi məhv edilib. Məlum olub ki, aviazərbələr Martuni (Xocavənd) istiqamətində endirilib. Müdafiə Nazirliyinə istinadən düşmənin canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsünü təqdim edirik.