Düşmən Bərdədə kütləvi qətliam törətdi, ölənlərin sayı 14-ə çatdı

Baş prokurorluq bildirir ki, bu gün, oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 14 nəfər həlak olub, 40-dan artıq şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

*** Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev Bərdədə baş verən terror aktı ilə bağlı brifinq keçirir. H.Hacıyev Ermənistanın Bərdənin mülki şəxslərini SMERÇ raketi ilə vurduğunu deyib. ***14:04 İlkin məlumatlara görə, Bərdədə mülki şəxslərə təxminən 10 raket atılıb. Şəhərdə çoxlu dağıntı, ölənlər və yaralananlar var. Hücumlar şəhərin mərkəzində əhalinin ən sıx olduğu ərazidə həyata keçirilib. ***14:00 Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutur. Müdafiə Nazirliyindən verilən məlumata görə, ölən və xəsarət alanlar var, mülki infrastruktura ziyan dəyib. ***14:48 Ermənistan silahlı qüvvələrinin Bərdəni yenidən raket atəşinə tutması nəticəsində ölənlər var. "Report" xəbər verir ki, azı 5 mülki şəxs ölüb. *** Ermənistan silahlı qüvvələri Bərdəni yenidən raket atəşinə tutub. Bu barədə "Report" xəbər verir. İtkilər və dağıntılar barədə hələlik məlumat yoxdur.