"Moskva ermənilərin xəyanətkarlığındansa, Azərbaycan və türk dostluğuna üstünlük verməkdədir"

Azərbaycanın ərazi maraqları ilə Moskvanın Paşinyan problemi üst-üstə düşür. Sülh danışıqları Ermənistanda hakimiyyət dəyşiklikləri olduqdan sonra labüddür
Suallarımızı Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev cavablandırır:
-Ermənistanın baş naziri Paşinyan əvvəlki rəhbərlərindən fərqli siyasət yürüdür, buna səbəbi nə idi?
- Bu illər ərzində ermənilər tarixin müxtəlif dönəmlərində Rusiyanın himayəsi ilə zaman-zaman məqsədlərinə çatmışdılar. Ermənilər yaxın keçmişimizdə Mixail Qarbaçovun sonra da Yelçinin hakimiyyəti dövürlərində, Kremlin himayəsi ilə nailiyyətlər əldə etmişdilər. Dünya siyasətində ABŞ və qərb dövlətləri Rusiya üzərində basqılarını görən erməni ideoloqları bu dəfə düşündülər ki, ABŞ-ın dəstəyi və himayəsi ilə Azərbaycan ərazilərindən yeni torpaqlar işğal edəcəklər. Bu baxımdan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini Rusiyanın vasitəçiliyi ilə sülh yolu həllinin istəmədilər və Paşinyan kimi avantürist, pisxopatın hakimiyyətə gətirilməsinə razılıq verdilər. Paşinyan mitinqlərdə, müsahibələrində açıq şəkildə ABŞ və qərb yönülü siyasət yürüdəcəyini, Ermənistanın Kalletiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, Avraziya İqtisadi Birliyindən çıxacaqlarını, Rusiyanın Emənistanda yerləşən hərbi bazasının erməni ərazisindən çıxardacağını açıq şəkildə bəyan edirdi və hakimiyətə gəldikdən sonra bu istiqamətdə əməlli fəaliyyət göstərməiə başladı. ABŞ-ın və Avropa dövlət rəsmiləri Paşinyan hakimiyyətə gətirilənə qədər və sonrakı qısa müddətdə ona hər cürə dəstək verəcəklərini gizlətmirdilər. Bu dövlətləri Paşinyanın hakimiyyətə gəlməsini Ermənistanda demokratiyanın bərqərar olması kimi qələmə verirdilər. ABŞ-ın və qərbin dəstəyindən başı gicəllənən Paşinyan Azərbaycanın yeni ərazisini işğal etmək arzusunu belə gizlətmirdi, bu baxımdan Tovuz rayonu istiqamətdə hücum əməliyyatı əmrini verdi, sonrakı proseslər Sizə aydındır.
Ermənilər tarixən satqın və sürüşkən millət olub, hələ Osmanlı dönəmindən bəllidir. Osmanı dövlətini zəifləməsini görən kimi türklərə xəyanət etdilər, indi də ABŞ və qərbin Rusiya üzərində basqılarını görən ermənilər Rusiyanı zəiflədiyini hiss etdilər və bu dəfə də ruslara xəyanət etdilər, Ermənistanda anti-Rusiya siyasəti yeritməyə başladılar. Rusiya prezidenti Putin bu yaxınlarda bir fikir işlətmişdi böyük siyasətdə daimi dostlar yoxdur, məhz bu sözlər ermənilərin timsalında işlətməsi sirr deyil.
-ABŞ və qərbin siyasi himayəsi, Sorosun maliyyəsi ilə hakimiyyətə gətirilən Paşinyan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bildi?
-Bildiyiniz kimi ABŞ və qərb dövlətləri Rusiyaya yaxın, qonşu dövlətlərdə Sorosun maliyyəsi ilə narıncı inqlablar edərək hakimiyyətə özlərinə münasib olan adamları demokratiya adı altında hakimiyyətə gətirməkdədir. Həmin dövlətlərdə anti-Rusiya əhval ruhiyyəsi yaradır, bununla da həmin cəmiyyətlərdə Rusiyaya qarşı düşmənşilik toxumu səpməkdədirlər. Bu Gürcüstanın, Ukraynanın, bu yaxınlarda qismən də olsa Belarusiyanın timsalında açıq göründü, Ermənistanda Paşinyanın hakimiyyətə gətirilməsi də yuxarıda qeyd etdiyim planın tərkib hissəsidir. Ermənilər tarix boyu özlərini güclü dövlətlərin əlində alətə çevrilib və onlardan bəhrələnmişdirlər. Bu dəfə istəkləri baş tutmadı, yəni onlar düşünürdülər ki, ABŞ və qərbin himayəsi (ABŞ-ın əlində alət olacaqlar) ilə yeni ərazi işğal edəcəklər. ABŞ Paşinyanın əli ilə istəyini həyata keçirir erməni cəmiyyətində anti-Rusiya toxumu səpməkdədir, amma bu dəfə ermənilər istəklərini əldə edə bilmədilər, əksinə əldə etdiklərini belə itirməkdədilər.
-Ermənistan-Azərbaycam münaqişəsi fonunda, bölgədə Rusiya-Türkiyə əməkdaşlığı mümkündürmü?
- Bu sualınıza bir az geniş izah etmə istəyirəm. ABŞ və qərb dövlətləri Rusiyaya yaxın olan dövlətlərdə anti Rusiya əhval ruhiyəsi yaradır, həmin dövlətləri ruslara qarşı qaldırmaqdadır, bunu Pribaltika dövlətləri, Gürcüstan, Ukrayna, Belarusiya, Etmənistan timsalında görmək olar, məqsədləri Rusiyanı təkləmək, zəiflətmək və parçalamaqdır, bunu Rusiya rəhbərliyidə yaxşı anlayırlar.
Türkiyəyə gəlincə ABŞ və qərb dövlətləri Türkiyənin bölgədə inkişafını, güclənməsini istəmirlər. Türkiyəni bir dövlət olaraq NATO daxilində təklədilər. Türkiyəni Avropa Birliyinə daxil olmağa qoymadılar, terrorla mübarizədə Türkiyənin yanında olmadılar, dolayısı olaraq terrorçuları müdafiə etdilər, xalqın iradəsi ilə, demokratik yolla seçilmiş dövlət başçısını çevrməyə, hətta öldürməyə cəhd etdilər. Bu baxımdan Moskva uzun müddətdir ki, NATO üzvü olan Türkiyəni və onun ətrafında gedən prosesləri izləməkdədir. Belə olan təqdirdə dünyada yaranmış giyosiyasi şərait diqtə edir ki, Rusiya öz maraqlarını Türkiyənin maraqları ilə uzlaşdırsın. Bu maraq həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə özünü əks etdirməyə başladı. Rəsmi Moskva və Ankara arasında münasibətlərin uğurla inkişafı həmi ABŞ, həmidə qərbi narahat etməyə başladaı və bu münasibətlərin korlanmasına üçün dəfələrlə müxtəlif formalarda cəhdlər olmuşdur və davam etməkdədir.
Türkiyə-Rusiya dostluğu və birliyi nəinki regiyonda, ümulikdə dünyada gedən təlatümlü, qlobal hərbi-siyasi, iqtisadi münasibətləri tənzimləyə biləcək imkanlar yaratmaqdadır. Suriyada, Liviyada baş verənlər bir daha göstərir ki, Türkiyə-Rusiya əməkdaşlığı bir çox regiyonlarda stabilliyin yaranmasına gətirib çıxara bilər, eyni zamanda türkdilli xalqların inteqrasiyasına, əlaqələrin güclənməsinə səbəb olar. Ermənistan-Azərbaycan münaqişəsində hərbi əməliyyat sona çatdıqdan sonra bölgədə də sülhün və əmin-amanlığın bərqərar olması üçün Türkiyə və Rusiyanın birgə əməkdaşlığının forması, detalları müzakirə ola bilər. Ümumilikdə Moskva ermənilərin xəyanətkarlığındansa, azərbaycanlıların və türklərin dostluğuna üstünlük verməkdədir.
-Azərbaycanın əks hücum əməliyyatları fonunda Ermənilər dünya içtimayətini yenədə allatmağa cəht edir?
-Ermənilər yalan üzərində həqiqətlər qurmağı bacarırlar, tarixən bu cürə işlərlə məşğul olublar və hazırda da davam edir. Erməni milləti üçün həqiqət onların maraqlarının
ödənilməsindədir, bu sahədə milli doktirina yaradıblar. Yəni ermənilərlə bağlı, müxtəlif sahələrdə yalan tarix yazırlar, sonra körpəlikdən uşaqların beyinlərinə uydurduqları yalanı yeridirlər, bir müddət sonra həmin yalanın tarixi gerçəyə çevrilməsi üçün fəaliyyət göstərirlər bununla da yalanı həqiqətə çevirirlər. Bəzi dövlətlər əsil həqiqəti deyil, maraqlarına uyğun həqiqəti dəstəkləyirlər, bununla da dünyada baş vermiş hadisələrə baxışda ikili siyasət meydan gəlmişdir.
- Azərbaycan ərazisini düşməndən təmizləmək üçün əks hücum əməliyyatı həyata keçirir və uğurlar əldə edilməkdədir, bu hadisələrə Rusiya rəsmilərinin bitərəf qalması nəylə bağlıdı. Paşinyanla siyasi danışıqlar nə dərəcə realdlr?
- Rusiya prezidenti V.Putinin müharibə Azərbaycan ərazisində gedir deməsi onun bitərəf olmasının baris nümunəsidir. Bundan başqa əvvəllərdə bəyan etmişdir ki, Ermənistan və Azərbaycan öz aralarında problemi həll etsin biz qarant dura bilərik. İndi biz öz aramızda problemi hərb yolu ilə həll edirik. Bununla Moskva bitərəf olmaqla beynalxalq hüquqa hörmət etmiş olduğunu nümayiş etdirmiş oldu. İndiki yaranmış situyasiyada Azərbaycanın ərazi maraqları ilə Moskvanın Paşinyan problemi üst-üstə düşür. Rəsmi Moskva gələcək baxımdan ermənilərin xəyanatkarlığındansa, Azərbaycan və türk dostluğuna üstünlük verməkdədir.
Paşinyan özü açıq şəkildə bəyan etmişdir ki, bu münaqişənin sülh yolu ilə həlli yoxdur, unutmayaq ki, Gəncədə və digər rayonlarımızda dinc əhaliyə edilmiş terror əməliyyatı məhz Paşinyanın əmri ilə həyata keçirilmişdi, bu faktlar barədə cinayət işləri aşılmışdır. Paşinyan kimi, pisxopat terrorçu ilə sülh danışığı aparmaqla nəsə əldə etmək mümkün deyil, çünki, onun verdiyi əmrlər öz beyninin məhsulu deyil. Erməni xalqını uçuruma aparan, xalqını və dövləti xarici qüvvələrin əlində alətə çevrən, fikirini və mövqeyini tez-tez dəyişən, bir sözlə sözünün və imzasının sahibi olmayan adamla siyasi dialoq qurmaq belə mənasızdır nəyin ki, hansısa sülh müqaviləsini imzalamaq. Hesab edirəm ki, açıq şəkildə bəyan etməyin zamanı gəlmişdir ki, Paşinyan kimi pisxopat terrorçu Azərbaycan prezidenti İlham Əliyevin tərəf müqavili ola bilməz. Ümumiyyətlə, Milli Məclisdə Paşniyanın əməllərinə siyasi qiymət verilməlidir, indiki situyasiyada sülh danışıqları Ermənistanda siyasi hakimiyyət dəyşiklikləri olduqdan sonra labüd ola bilər.