Nəriman Qasımoğlunun “the Jerusalem post”-un facebook səhifəsindəki şərhinə ermənilər necə reaksiya veriblər?

Şərqşünas-alim Nəriman Qasımoğlunun “the Jerusalem post” qəzetinin facebook səhifəsindəki bir məqaləyə yazdığı şərhi izləyicilər tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, iyun ayının 16-da “the Jerusalem post” qəzetinin facebook səhifəsində Türkiyə əleyhinə yazılan bir məqalə yerləşdirilib. Şərqşünas alim həmin məqaləyə münasibətimi belə bir qısaca şərhlə ifadə edib: “Ermənistan BMT-nin və digər qətnamələrə uyğun olaraq işğal edilmiş Azərbaycan torpaqlarını təcili tərk etməlidir. Həmin sənədlər Ermənistanı buna çağırır. Türkiyə nə zamansa buna nail olunmasına, ədalətin zəfər çalmasına təkan üçün yardım edərsə, beynəlxalq birlik bunu alqışlamalıdır. İngilis dilində tərcüməsi: Armenia needs to withdraw from invaded Azerbaijani lands immediately according to a series of UN and other resolutions which call on it to do so. If Turkey will ever push for this as to help justice triumph it should be welcomed by international community”. Şərhə işarə ilə münasibət göstərən 39 nəfərdən 27-si bəyəndiyini ifadə edib. Maraqlısı və təəccüblüsü budur ki, bəyənənlərin əksəriyyəti dünyanın müxtəlif ölkələrində yaşayan ermən millətindən olanlardır. 7 nəfər şərhə lağ etdiyini qeyd edib, 1 nəfərsə qəzəbini bildirib ki, onlar da ermənilərdir.