Həm haqlı, həm də güclü: Azərbaycanı uğura aparan 2 faktor – Prezident və Ordu

Azərbaycanın müzəffər ordusu ATƏT-in Minsk Qrupu həmsədrlərinin 28 ildir BMT Təhlükəsizlik Şurasının (TŞ) yerinə yetirmədikləri məlum qətnamələrini təxminən bir aya yaxındır uğurla icra edir. Hərb meydanında dəyişən vəziyyət isə avtomatik şəkildə danışıqlar masası arxasındakı duruma da inikas edəcək. Hərçənd Azərbaycan öz ərazisini işğalçı qüvvələrdən təmizləyib Ermənistanla cənub qərb sərhədini tam nəzarətə götürəndən sonra İrəvanla danışığa lüzum qalmayacaq. Lakin formalizm xətrinə iki ölkə arasında hansısa sənədin imzalanmasına zərurət yarana bilər. Məsələn, İrəvanın rəsmi səviyyədə və üç vasitəçi dövlətin – Rusiya, ABŞ və Fransanın (Türkiyə də imza ata bilər) zəmanəti ilə bir daha ölkəmizə qarşı ərazi iddiası irəli sürməyəcəyi barədə yazılı öhdəlik götürməsinə yəqin ki, zərurət olacaq. Yalnız ondan sonra Ermənistanla iqtisadi-ticari əlaqələrin qurulması gündəmə gələ bilər. II Qarabağ savaşı qapıda-mümkün ssenarilər… | Cumhuriyyət Hələliksə, Azərbaycanın Vətən savaşı davam edir. Təbii ki, müharibə olmaya da bilərdi, əgər Minsk Qrupu “üçlüyü” ona BMT TŞ-nin həvalə etdiyi missiyanı vicdanla yerinə yetirsəydi. Acı gerçək bundan ibarətdir ki, 1992-ci ildə münaqişənin həlli üçün yaradılmış Minsk Qrupu ötən 28 ildə bu yöndə heç bir nəticə əldə edə bilməyib. Halbuki 3 dövlət BMT TŞ-nin daimi üzvləri kimi Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən qoşunlarının qeyd-şərtsiz çıxarılmasını tələb edən və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını ehtiva edən həmin 4 qətnaməyə səs verib. Əfsus ki, ötən bir qərinədən çox müddətdə həmsədrlər daşı daş üstə qoymağa belə, həvəsli olmadılar. Qətnaməsinin icrası yönündə təcavüzkar Ermənistana heç xəfif təzyiq də göstərmədilər. İşğala məruz qalanla işğalçı arasında bərabərlik işarəsi qoyub hər iki tərəfdən güzəştlər tələb eləməklə öz işlərini bitmiş hesab etdilər. Bununla belə, ötən dövr ərzində rəsmi Bakının, öncəliklə prezident İlham Əliyevin müstəqil siyasəti, qətiyyətli mövqeyi sayəsində dünyanın aparıcı beynəlxalq təşkilatları – BMT, Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digərləri Ermənistanın təcavüzkar siyasətini pisləyən və işğal altındakı Azərbaycan torpaqlarının azad olunmasını tələb edən qərar və qətnamələr qəbul edildi, münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında həlli üçün çox mühüm baza yaradıldı. Beynəlxalq təşkilatların yanı (VİDEO) Bu isə on illərdir həlli uzanan Dağlıq Qarabağ konfliktinin artıq hərbi-siyasi yolla çözümü üçün güclü hüquqi-diplomatik zəmin idi və Azərbaycan ondan ilk fürsətdəcə yararlandı. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatı hərbi əməliyyatların başlanmasına səbəb oldu, nəticədə düşmən sarsıdıcı zərbə aldı, işğal altındakı 3 şəhər, 3 qəsəbə, 150-yə yaxın kənd, bir çox strateji yüksəkliklər qısa zamanda azad edildi. Beləliklə, BMT TŞ-nin konkret olaraq 884 saylı qətnaməsinin icrası Azərbaycan dövlətinin öz qüvvəsi ilə təmin edilmiş oldu. Əgər Ermənistan xoşluqla və tezliklə yerdə qalan torpaqlarımızdan çıxmasa, digər qətnamələri də Azərbaycan Ordusu reallaşdıracaq. Hazırda dünyadakı və regiondakı mövcud şərtlər silahlı qüvvələrimizin zəfər yürüşünü heç bir şəkildə əngəlləmir. Hər şeydən öncə İlham Əliyev Ali Baş Komandan kimi həm hərb meydanında öz sözünü deyir, həm də siyasi lider kimi informasiya alanında ölkəmizin mövqeyini ustalıqla izah və müdafiə edir, haqq səsimizi bütün dünyaya çatdırır. Azərbaycanın dövlət başçı dünyanın aparıcı kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələrində ölkəmizin mövqeyini, atılan addımların məntiqini aydın şəkildə, səlis izah edir, düşmənin və onun havadarlarının iddialarını əks-arqumentlər gətirməklə ifşa edir. Fakt budur ki, bu gün Azərbaycan həm hərb, həm də söz cəbhəsində, informasiya savaşında tariximizdə heç vaxt olmadığı qədər güclü və yenilməzdir. Bu həm də onun sayəsində mümkün olur ki, Azərbaycan Prezidenti ayrı-ayrı güc mərkəzlərinin təzyiqinə mərdliklə sinə gərir, xalqımızın haqq işini var gücü ilə müdafiə edir, siyasət meydanında ustalıq nümayiş etdirir. Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib - VİDEO İlham Əliyev Azərbaycan xalqının iradəsini ifadə edir, onun ən böyük istək və arzularını reallığa çevirir, öz fəaliyyətində xalqın yekdil dəstəyinə arxalanaraq prinsipial mövqeyindən geri çəkilmir. Bu gün Qarabağ ətrafında baş verənlər həm də dünya ölkələrinin mövqeyini qiymətləndirmək üçün həqiqət anıdır. Dost-rəqiblərin dəqiqləşdirilməsi üçün növbəti bir testdir. Bu xüsusda Azərbaycan xalqı qardaş Türkiyənin mənəvi və siyasi dəstəyini çox yüksək dəyərləndirir və bu dəstəyi tarix boyu unutmayacaq. Amma təəssüflər olsun ki, BMT TŞ-nin qətnamələrinə səs vermiş Minsk Qrupunun həmsədr ölkələri, xüsusilə Fransa tərəfsiz qalmaq, beynəlxalq hüququ müdafiə etmək əvəzinə, əks mövqe nümayiş etdirir, işğalçı tərəfə himayədarlıq edir. Bu da maraqlıdır ki, həmsədr ölkələr münaqişənin 30 illik tarixində ilk dəfə öz aralarında fikir ayrılığını və ziddiyyətləri kənara qoyaraq vahid mövqe nümayiş etdiriblər. Sanki işğalçı Ermənistanı təzədən “ipdən almaq” istəyirlər. Dünənədək rəsmin İrəvanın danışıqlarda konstruktiv mövqe tutması üçün ona heç bir təzyiq göstərmək istəməyən, bu gün də təzyiq etməyən vasitəçi dövlətlər Azərbaycan Ordusunun hücumda olduğu bir vaxtda bir ağızdan sülh yolunun, atəşkəsin önəmindən danışırlar. Hücumun arxasında İran olduğuna dair dəlillər BMT TŞ-ya təqdim ediləcək",  C.Bolton | TRT Azerbaycan Belə qeyri-səmimiliyin növbəti təzahürünü bu günlərdə bir daha əyani gördük. Belə ki, BMT Təhlükəsizlik Şurasına həmsədr dövlətlər adından Qarabağla bağlı təqdim edilən sənəd layihəsində BMT TŞ-nin məlum qətnamələrinə istinad edilməmişdi. O səbəbə sənəd geri qaytarıldı. Qarabağ münaqişəsinə dair müzakirələrdən sonra BMT Təhlükəsizlik Şurasının sədri adından verilməsi nəzərdə tutulan, həmsədrlər ölkələr tərəfindən dəstəklənən bu qərəzli bəyanatın geri götürülməsi bir yandan Azərbaycan diplomatiyasının növbəti qələbəsi idisə, digər tərəfdən isə vasitəçi dövlətlərin öz imzalarına hörmət etməməsinin və tərəfsizlik prinsipini pozmasının əyani sübutu idi. Beləcə, Minsk Qrupu həmsədrlərinin hazırkı ədalətsiz mövqeyi 30 ildir konfliktin niyə həll olunmamasının və Azərbaycan torpaqlarının nədən bu illər ərzində işğaldan azad edilməməsinin əsl səbəbinə güclü işıq salır. Bir daha yada salaq ki, Minsk Qrupunun üç həmsədrinin eyni hüquqları və eyni mandatı var, onların hamısı bərabərdir. Vasitəçi ölkə neytral olmalıdır, əks-təqdirdə o, vasitəçi ola bilməz. Rusiya, ABŞ və Fransadan olan vasitəçilər heç olmasa indi - Ermənistanın döyüş meydanında məğlub olduğu vaxtda öz rolunu oynamalı, Azərbaycan xalqına qarşı zorakılığı dayandırmaq və 30 il ərzində yerinə yetirilməyən mandatı yerinə yetirmək yönündə real iş görməlidirlər. Əks halda, digər qətnamələri də icraya Azərbaycan Ordusu yönəldəcək...