“Heç kim deyə bilməz ki, bu günki Ermənistan sabahkı Azərbaycan ola bilməz” - Məşhur ekstrasensdən bir il öncəki Şuşa proqnozu

Rusiyada yaşayan həmyerlimiz, məşhur  kliniki-psixoloq, ekstrasens Zirəddin Rzayev  24 sentyabr 2019 cu ildə özünün instaqram səhifəsində paylaşdığı “İnsan taleyi” filmindən video-fraqment sosial mediada müzakirələrə səbəb olub. Video-fraqmentin məhz müharibəyə aid olması  bu müzakirələrin əsas səbəbidir. Belə ki, həmin fraqmentdə ata-anasını itirən körpəyə başqa birisi təsəlli verərək: “mən sənin atanam…” deyəndən sonra uşağın ağlayaraq qışqıra-qışqıra həmin adamı qucaqlamasıdır. Müharibə başlamazdan az öncə instaqram səhifəsində belə bir paylaşım edən ekstrasens sanki müharibədən xəbər vermişdi. Ən maraqlısı isə 12 oktyabr 2019 cu ildə azmedia.az saytında “Zirəddindən Qarabağla bağlı erməniləri üzəcək xəbər” adlı məqalə  oldu. Məqalədə başda yer alan şəkildə  Zirəddin Rzayev Şuşa qalasının önündə gülümsəyərək dayanmış və öz fikrini belə ifadə etmişdi: “Heç kim deyə bilməz ki, bu günki Ermənistan sabahkı Azərbaycan ola bilməz”. Daha maraqlısı  isə Zirəddinin bu sözləri məhz 2019-cu ilin oktyabr ayında söyləməsi idi. Məşhur ekstrasensin bu açıqlamasından tam bir il sonra,  2020-ci ilin oktyabr ayinda isə ALLAH bizləri işğal altındakı ərazilərimizin günbəgün işğaldan azad edilməsi və Şuşa müjdəsi ilə sevindirməkdədir. Zirəddin Rzayev bununla bağlı İlkxeber.org-a  açıqlamasında belə deyib: “Arif adama bir işarə də yetərlidir. Yunus Əmrənin sözləri ilə qısaca olaraq demək istəyirəm ki, “bilməyən nə bilsin bizi, bilənlərə SALAM olsun”.