Türkiyə Azərbaycana qoşun göndərməyə hazırdır

Türkiyənin Vitse-prezidenti Fuad Oktay çərşənbə günü Ankaranın Qarabağ münaqişəsinə dəstək məqsədilə Azərbaycana hərbçilər göndərməyə hazır olduğunu bəyan edib. Virtualaz.org bildirir ki, F.Oktay jurnalistin müvafiq sualına cavab olaraq CNN Turk telekanalına müsahibəsində deyib: "Bizim Prezident Tayyib Ərdoğan Dağlıq Qarabağda vəziyyətin yeni gərginləşdiyi ilk gündən bunu bəyan edib. Türkiyə tərəddüd etmir, Prezidentimiz bu məsələdə tərəddüd etmir".