Paşinyanın Gəncədə və digər bolgələrimizdə törətdiyi terror əməllərinə Milli Məclis siyasi və hüquqi qiymət verməlidir  

Ermənistan baş naziri Nikol Paşiniyanın əmri ilə Gəncə şəhərində törədilən terror hadisəsi ilə bağlı Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin  fikirlərini oxucularımıza təqdim edirik.                                     - Soros Fondunun maliyyəsi, qərbin siyasi dəstəyi və ermənilərin ABŞ-dakı   lobbisinin himayədarlığı nəticəsində,  inqlab yolu ilə hakimiyyətə gətirilən  Nikol Paşinyanın avantürist siyasəti regionda təhlükə yaratmaqdadır. Belə ki,  Ermənistan baş nazirinin əmri ilə Gəncə şəhərində  və ölkəmizin digər rayonlarında terror aktı həyata keçirilmişdir. Bu terror nəticəsində uşaqlar və qadınlar da daxil olmaqla 50 nəfərdən çox dinc sakin öldürülmüş, 100 nəfərə yaxın yaralanmış və çoxlu sayda obyektlərə ziyan vurulmrşdur. Ermənilərin terror əməliyyatı hazırda da davam etməkdədir.  Bu faktlar barəsində  Respublika Prokurorluğunda 30-a yaxın cinayət işi açılmışdır, törətdilən  terror hadisələrinin nəticələri barədə dünya içtimayətinə və beynalxalq təşkilatlara məlumat verilmişdir. Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən  xarici dövlətlərin səfirlikləri və onların nümayəndələri  hadisə ilə bağlı yerində tanış olmuşlar. Prezident Ilham Əliyev öz çıxışlarında dəfələrlə Paşinyanın bəyanatlarında Azərbaycan xalqının hissiyatına toxunduğunu və xalqımızı təhqir etdiyini bəyan etmişdir. Bundan başqa Paşinyanın  xalqımıza qarşı törətdiyi  cinayət əməlləri barədə Prezident Ilham Əliyevin,  o cümlədən respublikada fəaliyyət göstərən  siyasi partiyaların,  içtimaii təşkilatların bəyanatları,  beynəlxalq təşkilatlara  müraciətlərli də  olmuşdur.  Paşinyanın  daxili və xarici  siyasəti,  o cümlədən törətdiyi terror əməllərinin nəticəsində   hazırki imici nəinki, Ermənistanda o cümlədən beynəlxalq aləmdə də iflasa uğramışdır. Paşinyanın xalqımıza qarşı törətdiyi terror əməllərinə Azərbacan  Respublikasının Milli Məclisində  siyasi və hüquqi qiymət verilməsinə  əsas vardır.  Hesab edirəm ki,  Paşinyan  kimi bir terrorçu ilə, eyni zamanda  pisxi cəhətdən anormal olan şəxslə  hər hansı bir danışığın aparılması mənasızdır. Zalıma rəhm etmək məzuma zülüm verməkdir anlamı yaradır. Terrorçu   Paşinyanla bağlı  Milli Məclisin  verəcəyi siyasi və hüquqi qiymət daxili və xarici siyasətimizdə yeni mərhələ  ola bilər.