Salam  məhbus Şuşam, salam-əkeyküm...

Yoxdu bu dünyada sənin bənzərin Hikmət: - Salam  məhbus Şuşam, salam-əkeyküm, Çəkinmə, cavab ver, mənəm- əsgərin. Haranda  yara var,  sarıyım,  büküm, Silim, təmizləyim  yağı izlərin. Şuşa: - Kimsən..?, Adını de, mən tanımadım, Sarsılmışam, itib yaddaşım, yadım, Yadımdan çıxıbdı  mənim öz adım, Görmür,  zəifləyib axı gözlərim. Hikmət: - Komutan veribdi çox  böyük qiymət, General-leytenant Hikmətəm,  Hikmət, Çox çəkdim bu yolda əzab əziyyət, Soyulub qan verir indi dizlərim. Şuşa:  - Həəəə... Mübarizin qonşusu Hikmət..?! Yadımdan çıxmayıb Ondakı qamət... Səndə də görünür həmin əzəmət, Sənə əmanətdi dağım, düzlərim. Hikmət: - Bilsən nə çəkmişəm bu otuz ili..? Yanmışam içimdə mən diri-diri Üstümə uzanıb yağının dili, Yalana dönübdü  doğru sözlərim... Şuşa: - Halal et..! Getməsin əzabım hədər, Nə gecələr yatdım, nə də ki səhər. Otuz il qatmışam yuxuma zəhər, Ki, külə dönməsin yanar közlərim. Hikmət: - Düşmən dizə çöküb ödər bədəlin, İdris kəsər sənə toxunan əlin, Halal xoşun olsun, ay nazlı  ''Gəlin'', Yoxdu bu dünyada sənin bənzərin. 18.10.2020-ci il İdris Babayev