Türkiyə MN: Bu şəkil hamımızın ürəyini dağlamağa bəs edər FOTO

"Ey fərqli dillərdə danışdığımız, fərqli coğrafiyada yaşadığımız bəşəriyyət... Bu balaca körpə gecə yuxusunda ikən Ermənistan ordusu tərəfindən ballistik raket ilə qətlə yetirilib". Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter hesabında yazılıb. "Dilimiz, dinimiz, ölkələrimiz fərqli ola bilər, ancaq bu şəkil hamımızın ürəyini dağlamağa bəs edər", - deyə, paylaşımda qeyd olunub.