Mövlud Çavuşoğlu: Ermənistanın etdiklərinə səssiz qalmaq bu cinayətlərə ortaq olmaq deməkdir

Ermənistan müharibə cinayəti törətməyə, mülki şəxsləri öldürməyə davam edir. Trend-in məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. M.Çavuşoğlu bildirib ki, Ermənistan uşaq-qadın demədən məsum insanları öldürür. Bu cinayətlərə səssiz qalmaq bu cinayətlərə ortaq olmaq deməkdir. İnsanlıqdan xəbəri olmayanlar bu cinayətlərin hesabını verəcək: "Can Azərbaycan daim yanındayıq".