“Biz birlikdə güclüyük”

“Ziyalı Ocağı” İctimai Birliyinin sədri İlahə Əliyeva ilə “Pandemiyaya qarşı mübarizə istiqamətində aztəminatlı ailələrə sosial yardımların paylanması işinin təşkili” adlı layihə çərçivəsində görülən işlərdən danışır: “Məlum məsələdir ki, müasir dövrümüzdə dünyanı yeni bir bəla, yeni bir təhlükə öz ağuşuna almaqdadır. Bu bəlanın adı COVİD-19 adı verilən koronavirus adlı təhlükə mənbəyidir. Dünyanın əksər yaşayış nöqtələrində tüğyan edən bu bəla bəşəriyyətin məhvinə gətirib çıxara biləcək dərəcədə qorxulu və sarsıdıcı təsirlərə malikdir. Mənbəyini Çinin Uhan şəhərindən götürən bu virus artıq dünyanın 136 ölkəsində insanlar arasında vahimə yaratmaqdadır. Günü-gündən daha çox ərazi və yaşayış məntəqələrinə yayılan bu virus nəticəsində indiyənədək on minlərlə insan öz həyatını itirmişdir. Ən ağrılı məqam isə odur ki, virusa yoluxanların da sayı günü-gündən artmaqdadır. Sosial cəmiyyətdə dərin yaralar açan bu təhlükə mənbəyi iqtisadiyyata da böyük zərbələr vurmaqdadır.  Dövlət və hökumətlərin ən başlıca maraqları insan amilini qorumaqdır. Vətəndaşlarını bu virusdan mühafizə etmək, minium itkilərlə bu mərəzdən yaxa qurtarmaq, iqtisadiyyatı xilas etmək qarşıya qoyulan ən başlıca məqsəddir. Bütün dünyada on minlərlə can alan bu təhlükəli virus təəssüflər olsun ki, Azərbaycanda da yayılmaqdadır. Məhz bu səbəbdəndir ki, ölkə rəhbərliyi pandemiyanın qarşısını almaq məqsədilə dövlət sərhədlərini bağlayıb. Bu virusun qarşısının alınması üçün hökumət bütün qüvvələrini səfərbər edərək, hərəkətə keçmişdir. Xəstəlik nə qədər qorxulu və təhlükəli olsa da, onu durdurmağın yolları da mümkündür. Ətraf aləmdən özünü təcrid etmək yoluxan xəstələr üçün ən mühüm amildir. Vaxtında müəyyən edilmiş, təcrid olunmuş xəstəni müalicə etdikdə müsbət nəticələr əldə etmək mümkündür. Yoluxmuş xəstələrin vaxtında aşkara çıxarılması və müalicəsi, habelə, izolyasiyası növbəti yoluxma hallarının qarşısının alınması istiqamətində əsas faktordur. Buna görə də hər kəs fərdi olaraq özünə və ətrafındakılara həssaslıqla və tələbkarlıqla yanaşmalı, yoluxma halı müşahidə etdikdə dərhal aidiyyatı üzrə səhiyyə orqanlarına müvafiq məlumatlar çatdırılmalıdır. Biz də öz növbəmizdə "Ziyalı Ocağı" İctimai Birliyi olaraq növbbəti layiəmizi “Pandemiyaya qarşı mübarizə istiqamətində aztəminatlı ailələrə sosial yardımların paylanması işinin təşkili” üzərində qurduq.  Layihənin tərkib hissəsinə daxil olan "Evdəyəm" adlı növbəti ərzaq yardımı kompanyası çərçivəsində 19-u və 20-si avqust tarixlərində görüşlər keçirdik.  Görüşümüz zamanı Bakı şəhərinin rayonlarında yaşayan az təminatlı ailələrin və işsiz vətəndaşların ev ünvanlarını müəyyənləşdirdik. Yeri gəlmişkən bildirim ki, bu zaman biz onlara səhhətlərinə diqqətlə yanaşmağı, sağlamlıqlarına diqqət yetirməyi tövsiyyə etdik. Məlumat üçün bildirim ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşdırılır.