Gəncənin qisası alındı - Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi

Cəbhənin müxtəlif istiqamətlərdə düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Nazirliyin yaydığı videolardan görünür ki, mülki əhaliyə qarşı terror törədən Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu yalnız hərbi obyektləri və hərbçiləri hədəf alır. Bununla Azərbaycan hərbçiləri həm də Gəncədə törədilən terrorun qisasını almış oldu.