Prezident İlham Əliyev xalqa müraciət edti - ordumuzun yeni zəfərlərini açıqladı + VİDEO

Bir neçə dəqidə əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Dövlət başçısının müraciəti AzTV telekanalı ilə yayımlanıb. Prezident xalqa müraciətində rəşadətli ordumuzun növbəti qələbələrindən söz açıb. Prezident İlham Əliyev xalqa müraciətində elan edib ki, müzəffər Azərbaycan Ordusu Füzuli şəhəri və daha bir neçə kəndi işğaldan azad edib. Füzuli şəhəri ilə yanaşı işğaldan azad olunan kəndlər bunlardır: Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri erməni işğalından azad olunub.