30 ilin son akkordları

Mən dünyanı Haqqı müdafiə etməyə çağırıram! Artıq yetər! Yetər haqsızlığa göz yumduğunuz! Yetər məzlumların ahına kar oldunuz! Yetər min illərdir, yaşadığı, mədfəni və məskəni olan dədə-baba torpağından, doğma vətənindən didərgin düşənlərin, qovulanların, qətlə yetirilənlərin, günahsız insanların aclıq və mərhumiyyətlər yaşamasına, öz ağban evləri ola-ola bir qəsbkarın ucbatından çadırlarda ömür çürütmələrinə göz yumduğunuz! Körpə nalələrinə kar qaldığınız yetər! Körpə qatillərini müdafiə etdiyiniz yetər! Xocalıda dinc sakinlərə qarşı törədilən barbarlığa, quldarlıq dövründə hüquqsuz qulların belə başlarına gətirilməyənlərin 20-ci əsrin sonunda heç bir günahı olmayan körpənin, uşağın, qızın, qadının, gəncin, gocanın başına gətirilməsinə susduğunuz! Yetər haqsızın yanında oldunuz! Artıq ayılın! İnsanlığa sahib çıxın! Dünyanın öz məhvərindən çıxmasına razı olmayın! Haqsıza tərəfdar durduqca o,  daha da azğınlaşır, daha da quduzlaşır. Dişi qana batmış qart canavar gecə ovundan çəkinmir. Ermənilərin sərsəmləmələri,  haqsız torpaq iddiaları, güman etməyin ki, vaxt gələcək sizin də başınıza bəla olmayacaq! Qalxın ayağa.. 26 fevral Xocalı faciəsi insanlıq adına ən ağır bir ləkədir! Bunu 20-ci əsrdə kim törətdi?! Nəyin müqabilində törətdi?! Xocalıların günahı nə idi?! Bir bunu düşünmüsünüzmü?! Sırf türk olduqları üçünmü?! Niyə axı?! O sakinlər erməniyə nə etmişdilər?! Öz yurdlarından, öz evlərində amansızlıqla, vəhşiliklə öldürülənlərin, diri-diri qaz borularına doldurulan körpəlırin günahı nə idi? Amansızlıqla qətlə yetirilən, diri-diri basdırılan, yandırılan, alçaldılan qız-gəlinin, körpəsi gözləri önündə öldürülən ata-anaların, ata-babası gözləri önündə öldürülən uşaqların günahı nə idi?! Möhtərəm "humanuzm aşiqləri", "sülh göyərçinləri", indiyədək harada idiniz?! Niyə bir dəfə də olsun sısiniz çıxmadı?! Niyə bu vəhşiliyə "dur!" demıdiniz?! Gəncədə müharibə zonası ilə heç bir əlaqəsi olmayan,  evində yatan dinc əhalinin mənfur Ermənistandan, ərazisinə bir qəlpə belə düşməyən Yerevandan raketlə vurulması hansı insanlığa sığır?! Hansı müharibə qayda-qanunhna uyğundur?! Niyə lal olmusunuz?! Niyə məzlumların fəryadına, uşaqların yetim, evsiz-eşiksiz qalmasına, qədim şəhərlərimizin yerlə-yeksan edilərək xarabazara çevrilmısinə seyrçi münasibət göstərirsiniz? Hanı sizin humanizminiz? Hanı sizin tərəfsizliyiniz, ədalət aşiqliyiniz, humanizm məşuqluğunuz? İnsanlıq tarixinin ən acımasız faciəsi olan Xocalı soyqırımını törədənlərin  Gəncədə, Mingəçevirdə, Bakıda onu yenidən törətmək istəyənlərin üzünə şillə vurun ki, ayılsin, azğınlaşmasın! Siz etmirsiniz, özümüz edərik, müzəffər ordumuz edər, yetər ki, əl-ayağa dolaşmayın, daş atıb başınızı tutmayın, bəşəriyyəti erməni yalanlarına uymaqla çaşdırmağa, aldatmağa cəhd etməyin! Elə siz özünüz də ayılın! Dünyaya, olanlara, hadisələrə açiq baş, aydın gözlə baxın! Azərbaycan həqiqətlərinə kar və kor qalmış dünyaya səslənmək istəyirəm! Haqqın tərəfində olun! “Qardaşlıq”, “Ədalət” sözlərinin boş olmadığını göstərin! Qarabağı qan gölünə döndərən ermənilərə öz həddini bildirin! Onların haqsız olduğunu siz də hayqırın! Özünə insanam deyən hər kəs, bütün dünya haqlının yanında olsun! Bu gün Qarabağ Azərbaycandır! Bu gün bütün Azərbaycan Qarabağdır! Bu gün 30 ildir Qarabağda çalınan ölüm melodiyasını Azərbaycan Ordusu  majora kökləmək istəyir! Bu ölüm melodiyasını susdurub uzun, 30 illik haqsız savaşın majora köklənmiş son akkordların vurmaq istəyir! Haydı, Azərbaycan əsgəri! Haydı, dünya! Haqlının yanında ol!