Yazıçılar Birliyinin sədri: "Elif Şafak SATQINDIR"

Xəbər verdiyimiz kimi, Azərbaycanda çoxsaylı oxucusu olan və kitabları şəhərin bütün kitab mağazalarında satılan məşhur türk yazıçı Elif Şafak şəxsi "Twitter" hesabından Ermənistana dəstək məqsədli paylaşım edib. BiG.AZ-ın əməkdaşı Yazıçılar Birliyinin sədri Anar Rzayevlə əlaqə saxlayıb, bu məsələ ilə bağlı fikirlərini öyrənib: "Satqınlar hər millətdə var. Elif Şafak da satqınlardan biridir. Azərbaycan Yazıçılar Birliyində bu məsələ ilə bağlı bəyanat verəcəyik. Məsələni bilmədən, mahiyyətini öyrənmədən yalnız erməni mövqeyindən çıxış etmək, erməni tərəfini saxlamaq yazıçıya yaraşmayan bir hərəkətdir. Bununla bağlı bəyanat verəcəyik" Elif Şafakın bu addımı azərbaycanlı oxucular tərəfindən etirazla qarşılanıb. Artıq Azərbaycanın bir çox kitab mağazaları ona qarşı boykot elan edib, “Libraff”, “BookZone”, “Kitabevim.az”, “Libraff” və “Ovod” mağazalarının bütün filialları Elif Şafakın kitablarının həm satışını, həm də tərcümələrini dayandırıblar. Bu barədə mağazalar sosial şəbəkələrdəki hesablarında məlumat yayıblar.