Azərbaycan igidlərini tanıyaq: Hünər və 2 silahdaşının şücaəti

Azərbaycan ordusu, onun əsgər və zabitləri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda sentyabrın 27-dən bu yana gedən döyüşlərdə misli görünməmiş şücaət, igidlik göstərir. Onlar döyüş meydanında əsl tarix yazır və artıq xarici hərbi ekspertlər də Azərbaycan ordusunun döyüşlərdə göstərdiyi şücaət qarşısında düşmənin tab gətirmədiyini təsdiq edirlər. Müdafiə Nazirliyi döyüşlərdə şücaət göstərən igidlərdən daha 3-ü barədə məlumat yayıb. Bu fotoda gördüyünüz əsgər Hünər Məmmədovdur. O, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə Hünər adını təsadüfən daşımadığını sübut edib, silahdaşları silahdaşları Elvin Mədətətov və Rüfət Əsədullayevin köməyi ilə düşmənin 7 tankını, 1 PDM-ni,1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib. Düşmənə qan udduran igid döyüşçülərimizə eşq olsun!!!