"Paşiniyan bu əmri özbaşına verməyib..."

Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü  ilə Moskvada  Azərbaycan və  Ermənistan Xarici İşlər nazirlərinin  imzaladıqları humanitar atəşkəs müqaviləsinin ermənilər tərəfindən pozulması ilə bağlı Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad  Məsiyevin fikirlərini  oxucularımıza təqdim edirik:
-Ümumilikdə dünyada  o, cümlədən Qafqazda ABŞ-la Rusiyanın maraqları toqquşmaqdadır, bu toqquşmanın nəticəsidir ki, dünyanın bir çox bölgələrində münaqişələr davam etməkdədir. ABŞ  Rusiya sərhədlərinə yaxın, onun maraq darəsində olan  ölkələrdə münaqişə ocaqlarını körükləməsi və bu bölgədə siyasi gərginlik yaratmaqla rəsmi Moskvanı nüfuzdan salmaqdadır. Buna misal olaraq Ukraynada, Belarusiyada, Gürcüstanda və s. ölkələrdə baş verən hadisələri qeyd etmək yerinə düşərdi.  Qafqaz regionu, xüsusilə də  Ermənistan - Azərbaycan konfiliktinin sülh yolu ilə həlli  Rusiya üçün xüsusi əhmiyyət daşıyır, bu marağı ABŞ gözəl anlayır. Bu məqsədlə Ermənistanda  Paşinyanın inqlab yolu ilə hakimiyyətə  gətirilməsi təsadüfü deyil. Bildiyiniz kimi Rusiyanın təşəbbüsü ilə Qarabağ konfiliktinin sülh yolu ilə həlli üçün mərhələli planın həyata keçirilməsi nəzərdə  tutulmuşdur, Paşinyanın avanturist siyasətinin nəticəsində mərhələli planın qarşısı alındı.  Bununla da Paşinyan bu siyasəti ilə ABŞ maraqlarına xidmət etmiş oldu. Son hadisələr yəni prezident Putinin təşəbbüsü ilə Moskvada  imzalanmış humanitar atəşkəsin nümayişkəranə surətdə Gəncə şəhərinin raketlə vurulması faktı onu göstərir ki, Paşinyan bu əmri özbaşına verməyib. Hesab edirəm ki, bu mesaj Rusiya prezidentinə yönəlmiş bir  mesajdır, məqsəd prezident Putinin  humanitar atəşkəs təşəbbüsünü fiaskaya uğratmaqdır, onun dünyadakı siyasi imicinin nufuzdan salınmasına hesablanmışdır.