Xeyirlə şərin müharibəsi

Əkrəm Bəydəmirli XIX əsrdən başlayaraq Azərbaycan torpaqlarında belə etnosun məskunlaşması və bizim qismətimizə belə qonşuların düşməsi tarixin acı reallığıdır. Bu gün bu qonşuluq qismətini dəyişmək mümkün deyil. Ancaq  reallığı nəzərə alaraq cinayətkarı cəzalandırmaq, haqqı, ədaləti bərpa etmək üçün tarixi məqamlar yetişib. Azərbaycanın hər tərəfli inkişaf  tendensiyası, Ordumuzun yetərincə   güclənməsi, Ermənistanın terrorçu və özünütəcrid siyasəti, dünyada, regionda baş verən  geosiyasi dəyişiklər və digər faktorlar məhz belə şəraiti şərtləndirir. Bu gün cinayətkarın cəzalandırma prosesi tam başa çatmasa, Dağlıq Qarbağ işğaldan azad olunmasa ermənilər yenə öz işğalçı planlarından, dənizdən dənizə “böyük Ermənistan” siyasətindən əl çəkməyəcəklər. Digər tərəfdən dünyanın qartımış, məkrli,  imitasiya xarakterli sülhyaratma fəaliyyəti korrektə olunmuş halda davam edəcək.  Belə çıxır ki, biz hələ uzun illər xarici diplomatların sülh nəğməsini dinləmək mcburiyyətində qalacağıq. Buna yol vermək olmaz. Düşməndən azad olunmuş kəndlərimizin indiki vəziyyətini sakit şəkildə seyr etmək mümkün deyil. Görün, 30 ilə yaxın müddətdə işğal olunmuş yurd yerlərimizi ermənilər nə günə qoyub. Onlar tarixdən silmək istədikləri həmin  yaşayış məskənlərinin  hətta daşını da söküblər. Bu məxluqlarda torpağa bağlılıq, müqəddəs yerlərə ehtiram, qonşuluq mədəniyyəti heç zaman olmayıb. Bu etnos haqqında dünyanın bir çox  tanınmış şəxslərinin  fikirləri çox dərin mətləblərdən xəbər verir. 2015-ci ildə Moskva və bütün Rusiya partriarxı Kiril ermənilərlə bağlı maraqlı açıqlama vermişdi: “Kiril Moskva ərtafında yerləşən pravoslav məbədlərin mitropolitləri ilə görüşdə Rusiya imperiyasının tarixini xatırladıb. Rus parvoslav kilsəsinin rəhbəri toplantı iştirakçılarının diqqətini Ermənistanda baş verən son hadisələrə və bu ölkədə artan anti Rusiya əhval-ruhiyyəsinə çəkərək deyib: "Erməni dövlətinin yaranması anından başlayaraq biz pravoslav olmayan bu xalqı müdafiə edirik. Biz hər zaman Ermənistanı Rusiya dövlətinin bir hissəsi saymışıq və azsaylı katolik erməniləri göz bəbəyi kimi qorumuşuq. Bu cür mürəkkəb coğrafi şəraitdə bu dövlət Rusiyasız heç vaxt mövcud ola bilməzdi. İndi isə hər şeyin sürətlə dəyişməsinin və bizim etdiyimiz xeyirxahlığın bu cür həyasızcasına unudulmasının şahidiyik. Ermənilər bir şeyi unutmamalıdırlar ki, Rusiya olmadan onların bu torpaqlarda mövcudluğu qeyri mümkündür". Belə  faktların sayını xeyli artırmaq olar. Ermənilərdən fərqli olaraq  Azərbaycan türklərində torpağa, yurd yerlərinə bağlılıq  hər zaman güclü olub və olacaq. Bu gün  dünyanın hər hansı  yerində, o  cümlədən Bakı şəhərində ən rahat şəraitdə yaşayan məcburi köçkün üçün öz tarixi yurd yerlərinə dönmək, orada uçulmuş-dağıdılmış  kənddə yenidən  yurd salmaq böyük məlhəmdir. Bu gün qısa bir sorğu keçirsək yaşlı və orta yaşlı  nəslin nümayəndələrində bunu daha çox görərik. Hər bir sağlam təfəkkürlü, təmiz qanı olan Azərbaycan türkündə  torpağa bağlılıq var. Bu bağlılığı itirilmiş torpaqlarımızda, boş  qalmış evlərdəki ruhların harayında axtarmaq lazımdır.  30 illik  ayrılıq da bunu  bir daha sübut etdi. Biz də Azərbaycan vətəndaşı olaraq hər birimiz bu müqəddəs missiyanın başa çatmasına, böyük qələbəyə  öz töhfəmizi verməliyik. Bu müharibə xeyirlə şərin mübarizəsidir. Hər zaman sonda xeyir qalib gəlir. Həmçinin bu mübarizədə xeyirin qələbəsi, ədalətin bərpası  Cənubi  Qafqaz  regionuna sabitlik gətirəcək. Bu vacib məqamdan yararlanmaq, yurd yerlərimizdə qalan narahat ruhların harayına səs vermək, effektli fəaliyyətimizlə Azərbaycan dövlətinin, Ali Baş komandanın yanında olmaq  hər birimizin  tarixi missiyamızdır.