Təmsil etdiyi ocağın layiqli davamçısı

Oktyabrın 10-da Azərbaycanın ictimai-siyasi xadimlərindən biri, Milli Məclisin sabiq deputatı, YAP Siyasi Şurasının üzvü, "Qasid" Açıq Səhmdar Cəmiyyətinin sədri Mirkazım Mir Məhəmməd oğlu Kazımovun 70 yaşı tamam olur. Mirkazım ağa  1950-ci il oktyabrın 10-da Azərbaycanın bərəkətli diyarlarından biri olan Cəlilabadın Hasıllı kəndində  müqəddəs MirMəhəmməd ağa ocağında dünyaya göz açıb.  MirMəhəmməd ağa Cənub bölgəsində   böyük nufuza sahib dindar, inanclı insan olmaqla yanaşı, xeyirxah, ümidsizlərin ümid yeri olan bir insan olub. Mirkazım ağa kiçik yaşlarından evlərinin gündə  onlarla insanın ümid  və dərdinin çarəsinin tapıldığı bir ocaq olduğuna şahidlik edib. Bu ocaqda dünyaya gələn Mirkazım  Kazımovun  gələcək həyatına və bir İNSAN kimi   formalaşmasında  birmənalı təsiri olub. 70 illik həyatında  ailəsində gördüyü xeyrixahlıq, nəciblik, darda olan, köməksiz  insana dəstək olmaq, ümumiyyətlə insana xas olan ən ülvi hissləri özündə əxz edərək  təmsil etdiyi nəslin, ocağın layiqli davamçısı olub.  Mirkazım müəllim 70 illik həyatında şərəfli bir ömür yolu keçib. O,  bir İNSAN kimi, ölkənin ictimai-siyasi həyatının aktiv iştirakçısı olub.  Mirkazım müəllim ötən əsrin 80-ci illərindən ölkənin ictimai-siyasi həyatında aktiv iştirak emtəyə başlayıb. Mirkazım müəllim  balıqçılıq  ixtisasi üzrə təhsil alaraq bu sahədə əmək fəaliyyətinə başlayıb. O təkcə Azərbaycanda deyil, həmçinin keçmiş SSRİ-nin müxtəlif  respublikalarında balıqçılıq təsərrüfatında çalışıb.  Balqıçılıq sahəsində orta ixtisas təhsili alan Mirkazım müəllim daha sonra təhsilini Moskva Yeyinti Sənayesi İnstitutunda davam etdirib və  ali məktəbi  müvəffəqiyyətlə başa vurub. Bir müddət Baltik dənizində xidmət edən Mirkazım müəllim sonradan Azərbaycana qayıdır. Respublikaya qayıtdıqdan sonra Mirkazım Kazımov ölkənin su bioresurslarının mühafizəsi sahəsində çalışıb və həmin  sahənin strukturlarından birinə rəhbərlik edib. O, çalışdığı bu sahənin inkişafında xüsusi xidmətlər göstərmiş, balıqçılıq sektorunda çalışan mütəxəssislərin və ekoloqların dərin hörmətini qazanır. Ölkənin ictimai-siaysi həyatında aktiv olan Mirkazım Kazımov 1992-ci ildə YAP sıralarına qoşularaq, təşkilatın formalaşmasında fəal iştirak edib. 1993-cü ildən YAP Mərkəzi Aparatında işlər müdiri vəzifəsində çalışıb. 1999-cu ildə YAP-ın Siyasi Şurasının üzvü seçilən Mirkazım Kaızmov 2000-ci ildə  ikinci çağırış Milli Məclisə deputat seçilir. Mirkazım müəllim daha sonra üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisə deputat seçilir. O eyni zamanda 1996-cı ildən "Qasid" Mətbuat Yayımı Səhmdar Cəmiyyətinin sədri vəzifəsində bu böyük kollektivə uğurla rəhbərlik edir. Mirkazım müəllim bütün varlığı ilə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, ölkənin və regionun nüfuzlu siyasi təşkilatına, müstəqil Azərbaycanın və xalqımızın həyatında müstəsna rolu olan Yeni Azərbaycan Partiyasına bağlıdır. Bir millət vəkili kimi də Mirkazım müəllim ölkənin ictimai-siaysi həyatənda aktiv  iştirak edib.  O parlamentdə müzakirəyə çxarılan qanun layihələrinin müzakirəsində aktiv iştirak edib. Bununla belə  millət vəkili kimi  Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, Azərbaycan-Argentina, Azərbaycan-Malayziya və Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupların üzvü kimi parlamentin beynəlxalq əlaqələrinin genişlənməsində fəal iştirak edib. Mirkazım müəllim parlamentin üzvü olduğu bu illər ərzində 20-dən artıq ölkədə keçirilən beynəlxalq görüşlərdə, konfranslarda, simpoziumlarda, seçkiləri müşahidə edən nümayəndə heyətləri tərkibində, digər tədbirlərdə Milli Məclisi yüksək səviyyədə təmsil etmiş, məruzələrlə çıxış edib. O xarici ölkələrə səfəri zamanı Azərbaycan həqiqətlərini, xüsusən də  təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti barədə düzgün fikirləri  dünya ictimaiyətinə çatdırılmasına çalışıb.   Eyni zamanda, YAP-ı digər ölkələrin partiyaları ilə iki və çoxtərəfli əlaqələrində təmsil etməklə keçirilən tədbirlərin fəal iştirakçısı olub. Keçdiyi bu həyat yolunda fəaliyyətinin əsas  məqsədi millətə, dövlətə xidmət etmək olub. Müstəqillik dövründə isə fəaliyyətinin əsas hədəfi  müstəqilliyimizin möhkəmlənməsu, dövlətçiliyimizin inkişaf etməsi olub.  Mirkazım müəllimin  fəaliyyəti “Güclü  və qüdrətli Azərbaycan naminə” olub. Bu şüarı əsas tutan Mirkazım müəllim  zamanında Ulu öndər Heydər Əliyevin, daha sonra isə onun  layiqli davamçısı Azərbaycanda sıçrayışlı inkişafın müəllifi, beynəlxalq aləmdə Azərbaycanı dünyanın ən nüfuzlu, etibarlı tərəfdaşa çevirib mövqeyini möhkəmlədən cənab Prezident İlham Əliyevin  yürütdüyü siyasətə sədaqətlə xidmət edib. Odur ki, millət vəkili kimi fəaliyyəti dövründə ətraf mühitə dair qanunların hazırlanmasında və qəbulunda Mirkazım müəllimin xüsusi əməyi olub. Deputat seçildiyi Cəlilabad rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı məsələləri parlament tribunasından müvafiq dövlət orqanları qarşısında mütəmadi qaldıran Mirkazım müəllim onların həllinə və həyata keçirilməsinə nail olmağa çalışıb, seçicilərinin müraciətlərinə diqqət göstərib, qayğılarına qalıb, problemlərinin çözülməsinə yardım edib. Mirkazım müəllim hərtərəfli təcrübəyə və kifayət qədər nüfuza malik bir insan, həm də dövlət nümayəndəsi kimi bütün bu uğurları ölkənin böyük bir ərazisini əhatə edən cənub regionunun əhalisinə, xüsusilə gənclərə çatdırmaqda öz vaxtını və imkanlarını əsirgəmir. Ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən sabiq millət vəkili, YAP Siyasi Şurasının üzvü, ölkə həyatında baş verən proseslərə əsl vətəndaş mövqeyindən yanaşan bir insan kimi Mirkazım Kazımov ictimaiyyətin dərin hörmətini qazanıb. Əmin olduğumuzu bildiririk ki, şərəfli ömrünün müdrik dövrünü yaşayan Mirkazım Kazımov bundan sonra da Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, xalqla hakimiyyətin birliyinin gücləndirilməsində zəngin təcrübəsini, bilik və bacarığını əsirgəməyəcəkdir. Mikazım müəllimi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, yaşının müdriklik çağında ona uzun ömür, cansağlığı arzulayır, ictimai-siyasi fəaliyyətində və şəxsi həyatında uğurlar diləyirik. MÜRTƏZA